Bakı,
Azərbaycan
15/04/2026
-
29/04/2026
İş haqqında məlumat
Baku Calls MMC komandamıza ofisdə çalışmaq üçün əməkdaşlar axtarır. Şirkətimiz yaşayış və kommersiya obyektləri üçün qıfılların və açarların quraşdırılması, həmçinin Amerika və Avropa markalarına məxsus avtomobil açarlarının satışı ilə məşğuldur.
- Müştərilərdən daxil olan zənglərin qəbulu (yalnız ingilis dilində)
- Sifarişlərin sistemə daxil edilməsi və statusuna uyğun şəkildə işlənməsi
- Müştərilərə çıxan zənglərin edilməsi
- Şirkətin məhsul və xidmətlərini peşəkar şəkildə təqdim edərək müştəri marağını artırmaq
- İngilis dilində dəqiq yazmaq və məlumatları sistemə düzgün daxil etmək
İş şərtləri:
- Növbəli iş qrafiki: Axşam növbəsi: 16:00 – 00:00/ Gecə növbəsi: 00:00 – 08:00
- Həftədə iki istirahət günü
- Əmək haqqı: 850 AZN (əldə)
- 30 təqvim günü ödənişli məzuniyyət
- 2–3 həftə ödənişli təlim
- Koroğlu metro stansiyasına yaxın, rahat ofis şəraiti
İş yeri: Baku Calls MMC (ABŞ-ın Hyuston şəhərində yerləşən ana şirkətin Bakıdakı filialı)
Tələblər
- İngilis dilini yüksək səviyyədə bilmək (şifahi və yazılı)
- Müxtəlif aksentləri anlamaq bacarığı
- Satış və müştəri ilə düzgün ünsiyyət bacarığı
- Punktuallıq və məsuliyyətlilik
- İşdə dəqiqlik və diqqətlilik
- Komandada işləmə bacarığı
- Kompüterdən baza səviyyəsində istifadə bacarığı
Tələb olunan ingilis dili səviyyəsi intermediate səviyyəsindədir. Bu səviyyədən aşağı biliklərə malik namizədlərdən vakansiyaya müraciət etməmələri xahiş olunur.