Bakı,
Azərbaycan
30/04/2026
-
14/05/2026
İş haqqında məlumat
- Gündəlik facilities ilə bağlı sorğuların koordinasiyası (texniki xidmət, təmir və s.);
- Satınalma komandası ilə sıx əməkdaşlıq və sorğuların, müddətlərin və təsdiqlərin izlənməsi;
- Təchizatçılar və xidmət göstərən tərəflərlə əlaqə saxlayaraq işlərin vaxtında icrasını təmin etmək;
- Ofis mühitinin yaxşılaşdırılması təşəbbüslərinə dəstək (iş mühitinin yenilənməsi və vendorlarla koordinasiya daxil olmaqla);
- Facilities ilə bağlı proseslər və sənədlərlə işləmək;
- Podratçılar tərəfindən görülən işlərin keyfiyyətinə və tamamlanmasına nəzarət etmək;
- Açıq qalan sorğuların izlənməsi və vaxtında həllinin təmin edilməsi;
- Ofis mühitinin funksionallığını təmin etmək;
- Ofis aktivləri və facilities ilə bağlı fəaliyyətlər üzrə sənədlərin uçotunun aparılması;
- Sadə sənədlərin hazırlanmasına dəstək (məsələn, purchase requisition və sadə scope of work-lər).
Tələblər
- Bakalavr dərəcəsi;
- MS Office proqramlarını (Excel, Word, Outlook) və sənəd idarəetmə sistemləri üzrə baza bilikləri;
- Azərbaycan və rus dillərini yaxşı səviyyədə bilmək, ingilis dili üstünlükdür;
- Ofis əməliyyatları, administrasiya və ya təsərrüfat işləri sahəsində 2–4 il iş təcrübəsi tələb olunur;
- Korporativ və ya strukturlaşdırılmış mühitdə iş təcrübəsinə üstünlük verilir;
- Facilities və ya ofis əməliyyatları üzrə baza bilikləri;
- Procurement prosesləri və sənədləri üzrə ilkin anlayış;
- Korporativ proseslər və təsdiq mexanizmləri barədə anlayış;
- Ofis aktivlərinin idarə olunması və sənədləşmə üzrə baza bilikləri;
- Daxili sənədləşmə və procurement prosesləri üzrə ilkin anlayış (məsələn, PR və PO hazırlanması).
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.
Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz! Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.