Bakı,
Azərbaycan
30.09.2025 02:27
-
30.10.2025 12:00
İş haqqında məlumat
Ofis Meneceri şirkətin satış və inventar əməliyyatlarının idarə olunmasına, 1C proqramında mühasibat və anbar əməliyyatlarının düzgün icrasına, hesabatların hazırlanmasına və rəhbərliyə təqdim edilməsinə cavabdeh olacaq.
- Malların giriş-çıxış əməliyyatlarını izləmək və inventara nəzarət etmək;
- Satış sənədlərində məlumatların düzgünlüyünü yoxlamaq;
- 1C proqramında müvafiq əməliyyatların aparılması;
- Excel üzərindən satış və mal hərəkəti ilə bağlı hesabat və analizlərin hazırlanması;
- Rəhbərliyə gündəlik və aylıq hesabatların təqdim olunması.
İş qrafiki:
- Bazar ertəsi – Cümə: 09:00 – 18:00;
- Şənbə: 10:00 – 15:00.
İş ünvanı: Bakı şəhəri, Həsən Əliyev 82F.
Əmək haqqı: Fiks 700 AZN.
Müraciət:
- Göstərilən tələblərə uyğun gələn namizədlərdən Azərbaycan dilində tərtib olunmuş CV-lərini mövzu hissəsinə “Ofis Meneceri” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Tələblər
- Ali təhsil;
- Xanım namizəd;
- 1C proqramında sərbəst işləmək bacarığı;
- Excel-də hesabat, cədvəl və formullarla işləmə bacarığı;
- Satış və mal hərəkəti üzrə analiz aparmaq bacarığı;
- Dəqiqlik və məsuliyyətlilik.