Bakı,
Azərbaycan
30.07.2025 04:43
-
30.08.2025 12:00
İş haqqında məlumat
"CASPİAN" əmalk şirkətinə "Ofis Meneceri" vakansiyasına xanım işçi tələb olunur
- Yeni müştərilərin cəlb olunması, müştəri bazasının formalaşdırılması və korporativ müştərilərlə işgüzar əlaqələrin qurulması;
- Müştərilərin ehtiyaclarının müəyyən edilməsi və onlara uyğun əmlak təkliflərinin hazırlanması;
- Bazar araşdırmasının aparılması, trendlərin izlənilməsi və satış strategiyalarının hazırlanması;
- Satış və müştəri xidmətinin yüksək səviyyədə təmin edilməsi;
- Potensial müştərilərin müəyyənləşdirilməsi, yeni əlaqələrin qurulması və mövcud müştərilərlə münasibətlərin möhkəmləndirilməsi;
- Əmlak satışı saytlarında mövcud müştərilərin elanlarını şirkət adından yerləşdirmək və yeni müştərilərin cəlb edilməsi;
- İş prosesində müəssisə rəhbərliyinin tapşırıqlarını vaxtında və lazımi qaydada icra etmək;
- Komanda ilə əməkdaşlıq edərək ümumi satış strategiyasına töhfə vermək.
Şirkətimiz sizə nə vəd edir?
- Artan əmək haaqı, ilkin olaraq fiks 400 + bonus (satışdan faiz);
- Sabit maaş və satışdan əldə olunan komissiya;
- Yüksək komissiya qazancı və bonuslar;
- Satış üzrə təlim və mentorluq dəstəyi;
- Karyera yüksəlişi üçün real imkanlar;
- Rahat və peşəkar iş mühiti.
Tələblər
- Xanım namizədlər müraciət edə bilər;
- Satış, ticarət və ya əmlak sahəsində təcrübəsi arzu olunandır;
- Müştəri qazanmaq və münasibətləri idarə etmək bacarığı;
- Səlis və aydın nitq, sistemli təqdimat bacarığı;
- Şirkətin iş proseslərinə uyğun qaydada və komanda ilə işləmə bacarığı;
- Məsuliyyətli, motivasiyalı və məqsədyönlü olmaq;
- Standart kompyuter bilikləri.