Bakı,
Azərbaycan
12.08.2025 02:36
-
12.09.2025 12:00
İş haqqında məlumat
Ofis idarəçiliyi:
- Ofisin gündəlik fəaliyyətinin təşkili və koordinasiyası;
- Qonaqların qarşılanması və əlaqədar şəxslərə yönləndirilməsi;
- Ofis ləvazimatlarının və təsərrüfat ehtiyaclarının təchizatı və uçotu;
- Elektron və fiziki sənədlərin dövriyyəsinin təmin olunması;
- Komanda ilə gündəlik iş axınının effektiv şəkildə təşkilinə dəstək.
İnsan resursları sahəsi üzrə:
- İşə qəbul proseslərinin təşkili (elanların yerləşdirilməsi, ilkin seçim, müsahibələrin təşkili);
- İşçilərin şəxsi işlərinin formalaşdırılması və idarə edilməsi;
- Davamiyyətin və məzuniyyətlərin izlənməsi;
- İşçilərlə bağlı daxili sənədlərin (əmrlər, ərizələr və s.) hazırlanması;
- Əmək qanunvericiliyinə uyğun HR prosedurlarının yerinə yetirilməsi.
İş şəraiti:
- İş yeri: Bakı şəhəri;
- İş rejimi: Tam ştat;
- Əmək haqqı: Müsahibə əsasında müəyyən olunacaq.
Biz nə təklif edirik?
- Kreativ və peşəkar kollektivdə çalışma imkanı;
- Karyera inkişafı üçün perspektivli mühit;
- Rahat və müasir ofis şəraiti;
- Maraqlı və dinamik layihələrdə iştirak imkanı;
- Əmək münasibətlərinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun rəsmiləşdirilməsi.
Müraciət qaydası:
Zəhmət olmasa, CV-nizi subject hissəsində “Ofis Meneceri / HR” qeyd etməklə Müraciət Et düyməsində qeyd olunan e-poçt ünvanına göndərin.
Tələblər
- Ali təhsil;
- Müvafiq sahədə minimum 1 il iş təcrübəsi;
- Yüksək təşkilatçılıq bacarığı və operativlik;
- Mükəmməl yazılı və şifahi ünsiyyət bacarığı;
- MS Office proqramlarında sərbəst işləmək bacarığı;
- Azərbaycan dilində səlist danışıq və yazı qabiliyyəti;
- İngilis dili biliyi üstünlükdür.