VİP Doors MMC

Ofis meneceri

VİP Doors MMC
1000 ₼
1288
Tam iş günü
Bakı, Azərbaycan
09.10.2025 05:53 - 09.11.2025 12:00

İş haqqında məlumat

VİP DOORS” komandamız üçün ofis və showrooma işçilər tələb olunur!
“Ofis meneceri” vakansiyası üçün işəqəbulu açıq elan edirik!
Vakansiya üzrə vəzifə təlimatı:

  • Daxili sənədlərin qəbul edilməsi, düzgünlüyünün yoxlanılması və rəhbərliyə təqdim olunması;
  • Hazırlanan sənədlərin rəhbərliyə imza üçün ötürülməsi və izlənilməsi
  • Satış əməliyyatlarının dəqiq uçotunun aparılması və gün sonunda satışla bağlı rəhbərliyə hesabat təqdim edilməsi;
  • Daxil olan bütün sənədlərin müvafiq qaydada təsnif edilməsi və arxivləşdirilməsi;
  • Gündəlik, həftəlik və aylıq satış, maliyyə və sənəd dövriyyəsinə dair hesabatların hazırlanması;
  • Şirkət ehtiyaclarına uyğun olaraq bazar araşdırması aparılması və yeni potensial tərəfdaşların müəyyən edilməsi;
  • Yeni ticari əlaqələrin qurulması və mövcud tərəfdaşlarla işgüzar münasibətlərin gücləndirilməsi;
  • Şirkətin daxili qaydalarına uyğun olaraq mühasibat uçotu proseslərinin düzgün aparılmasına dəstək vermək;
  • Rəhbərlik və digər bölmələrlə effektiv əlaqə yaratmaq, iş axınını düzgün təşkil etmək.

İş şəraiti:

  • AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
  • İş rejimi bazar ertəsi-şənbə (09:00-18:00), həftədə bir gün istirahət günü;
  • Əmək haqqı: 1000 azn;
  • İş yeri: Lökbatan qəs., Abşeron Ticarət Mərkəzi;
  • Korparativ nömrə və email şirkət tərəfindən verilir;
  • Mağazamız yüksək standartlara cavab verən qapıların satışı ilə məşğuldur.

Qeyd: seçimlər yalnız qeyd olunan elektron ünvana gələn cv-lər əsasında aparılacaq, zənglər və whatsapp üzərindən göndərilən cv-lər nəzərə alınmayacaqdır. Vakansiya ilə maraqlanan namizədlərdən cv-lərini mövzü hissəsində “ Ofis meneceri” qeyd edərək elektron ünvanına göndərməsi xahiş olunur.

Tələblər

  • Ali təhsil;
  • Yaş aralığı: 25-35;
  • Müvafiq sahə üzrə minimum 1il iş təcrübəsi;
  • Azərbaycan və rus dillərini səlis bilməli;
  • Kompüter və ofis avadanlıqlarından istifadə;
  • İşgüzar ünsiyyət etikası.