Bakı,
Azərbaycan
05/03/2026
-
19/03/2026
İş haqqında məlumat
- Şirkətin Direktorunun iş gününün planlaşdırılması: görüşlər, səfərlər, müsahibələr, zənglər, qəbullar, korporativ tədbirlər və digər fəaliyyətlər üçün qrafikin hazırlanması və əlaqələndirilməsi;
- Şirkətin Direktoru və onun tərəfindən verilən siyahıdaki şəxslər üçün səfərlərin və ezamiyyətlərin təşkili, ölkələrə giriş və çıxış qaydaları haqqında məlumatların verilməsi, viza dəstəyinin göstərilməsi, otellərin rezervasiyası, səyahət proqramları və s.;
- Şirkətin direktoruna işlərin gedişi və planların icrası barədə mütəmadi olaraq məlumatların verilməsi;
- Şirkətin Direktoru və işçiləri tərəfindən keçirilən iclasların, görüşlərin hazırlanması, təqdimatların hazırlanması, lazımi materialların toplanması, iştirakçıların vaxtı, yeri, gündəliyi barədə məlumatlandırılması;
- İclasların, danışıqların gedişatını və nəticələrini qeyd edən protokolların və digər sənədlərin aparılması;
- Rəhbərliklə əlaqəni koordinasiya etmək, o cümlədən zənglərə və e-poçtlara cavab vermək və müştərilərlə qarşılıqlı əlaqə yaratmaq;
- Şirkətin daxili kommunikasiyasının inkişafını həyata keçirir, direktorun layihələri, xəbərləri və qərarları barədə işçiləri məlumatlandırır;
- Məlumat toplayır, analitik, informasiya, arayış və digər hesabatları hazırlayır və rəhbərliyə təqdim edir;
- Ofisə gələnləri qarşılamaq, biznesin mahiyyətini öyrənmək və müvafiq şəxslərə yönləndirmək;
- Şirkətin struktur bölmələrinə yüksək keyfiyyətli inzibati və texniki dəstəyin göstərilməsi;
- Ofis işçilərinə ofis ləvazimatlarının, həmçinin Şirkətin Direktoruna lazım olan ərzaq məhsullarının sifarişini vermək, onların mövcudluğuna və vaxtında alınmasına nəzarət etmək;
- Ofis avadanlıqlarının sifarişi və vaxtında təmiri, printerlərin doldurulması;
- Tərəfdaşlara və işçilərə işgüzar məktubların tərtib edilməsi, məktubların, bağlamaların və digər sənədlərin qəbulu və göndərilməsi, çap və surət işlərinin yerinə yetirilməsi;
- Sənədlərin qəbulu və qeydiyyatı, məlumat və arayış xidmətləri və sənədli məlumatların saxlanması;
- Korporativ tədbirlərin təşkilində və keçirilməsində köməklik;
- Sərgilər üçün sənədləşdirmə, dizayn, reklam materiallarının təşkili;
- İşçilərin dövriyəsinə nəzarət və vaxt cədvəllərinin yoxlanılması;
- İstehsal zərurət yarandıqda, şirkət rəhbərliyi ilə razılaşdırılmaqla digər işlərin görülməsi.
Şərtlər:
- İş qrafiki 9:00 - 18:00, BE-C; şənbə qısa iş günü 10:00-13:00
- Azərbaycan Respublikası ƏM üzrə rəsmiləşdirmə;
- Müsahibə nəticələrinə görə rəqabət qabiliyyətli əmək haqqı;
- Peşəkar iş mühiti.
Müsahibə bütün alınmış CV-lərə baxıldıqdan sonra keçiriləcək.
Tələblər
- Ali təhsil;
- Analoji vəzifədə minimum 3 il iş stajı;
- MS Office programını yaxşı bilmək;
- Azərbaycan, rus və ingilis dillərini sərbəst bilmək;
- Yüksək təşkilatçılıq bacarıqları;
- Yüksək yazılı və şifahi ünsiyyət bacarıqları;
- Analitik düşünmə bacarığı və problemin həllinə sistemli yanaşma yönümlüyü.
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.
Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz! Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.