Bakı,
Azərbaycan
27/04/2026
-
11/05/2026
İş haqqında məlumat
- Şirkət adına ünvanlanmış elektron və kağız sənədləri qeydiyyata almaq və icraçılara təqdim etmək.
- Göndərilən sənədləri qeydiyyata almaq və ünvanlarına göndərilməsini təmin etmək.
- İcrada olan sənədlərin icra vəziyyəti statusuna nəzarət etmək.
- Vaxtı bitmiş sənədlərin arxivləşdirilməsini təmin etmək.
- Daxil olan müraciətlərin qəbulu və həlli.
- Ofisə gələn qonaqları qarşılamaq və yönləndirmək.
- Ofis ləvazimatlarının sifarişini hazırlamaq və inventarın hərəkətini idarə etmək.
- İclas otağının və cavabdeh olduğu digər iş sahələrini iş üçün hazır vəziyyətdə saxlamaq.
- İşçilərin xidməti görüşlərə dair qeydiyyat jurnalının doldurulmasına nəzarət etmək.
- İşçilər üçün xidməti nəqliyyatı təşkil etmək və prosesin aylıq elektron hesabat cədvəlini aparmaq.
- Vəzifə təlimatına uyğun digər işləri icra etmək.
Əmək şəraitinin şərtləri
- Əmək haqqı: Namizədin təcrübə və səriştəsinə uyğun olaraq 550-600 AZN.
- İş vaxtı: 6 günlük iş həftəsi saat 10:00-dan 19:00-dək
- Tibbi sığorta təminatı
- İllik məzuniyyət hüququ
Tələblər
- Təhsil: Ali və ya orta ixtisas təhsili.
- Şəxsi keyfiyyətlər və bacarıqlar: Yazılı və şifahi ünsiyyət bacarıqları, təşkilatçılıq, təşəbbüskarlıq,komandada işləmə qabiliyyəti, intizamlılıq, dəqiqlik, məsuliyyət və məqsədyönümlülük.
- İş təcrübəsi: Müvafiq sahədə minimum 6 ay iş təcrübəsi.
- Dil bilikləri: Azərbaycan və rus dilləri əla, ingilis dili isə arzuolunandır.
- Kompüter bacarıqları: Microsoft Office, Word və Excel proqramlarında işləmə bacarığı.
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.
Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz! Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.