Bakı,
Azərbaycan
16/06/2026
-
30/06/2026
İş haqqında məlumat
- Rəhbərliyə dəstək: Direktor tərəfindən verilən tapşırıqların vaxtında, operativ və dəqiq icrasını təmin etmək;
- Ofisin idarəedilməsi: Ofisdaxili nizam-intizama nəzarət etmək, təsərrüfat və mətbəx ehtiyaclarını vaxtında müəyyən edərək tədarükünü təşkil etmək;
- Qonaqpərvərlik: Şirkətə gələn qonaqları və tərəfdaşları qarşılamaq, yönləndirmək;
- Media və SMM dəstəyi: Şirkətin sosial şəbəkə hesabları üçün (Instagram, TikTok, LinkedIn və s.) rəhbərliyin istəyinə uyğun olaraq qısa videoların (Reels/Shorts) çəkilməsində və hazırlanmasında iştirak etmək.
- Əmək haqqı müsahibə əsasında formalaşacaq.
Tələblər
- Təhsil və Təcrübə: Ali və ya orta-ixtisas təhsili (müvafiq sahədə təcrübəsi olanlara üstünlük veriləcək);
- Dil bilikləri: Azərbaycan dilində mükəmməl yazı və danışıq qabiliyyəti (Rus və ya İngilis dili biliyi arzuolunandır);
- Rəqəmsal bacarıqlar: MS Office proqramları (Word, Excel) və smartfon vasitəsilə keyfiyyətli videoçəkiliş etmək, trendləri izləmək bacarığı;
- Şəxsi keyfiyyətlər: Yüksək ünsiyyət və təqdimat bacarığı, punktuallıq, məsuliyyətlilik və detallara diqqət.
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilərlər.
Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz! Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun