İş haqqında məlumat
Azpromo Şirkətimizin bir üzvü olmaq istəyən xanım namizədlər “Ofis meneceri” vakansiyası üzrə müraciət edə bilər:
- Şirkətin sənəd mübadiləsinin təminatı:
daxil olan və gedən sənədlərin qeydiyyatı, hesabatı, saxlanılması və arxivləşdirilməsi - Kargüzarlıq işlərinin aparılması
- Davamiyyət, məzuniyyət, ezamiyyət, intizam tənbehləri və digər bütün əməliyyatları qanunvericiliklə müəyyən olunmuş qaydada həyata keçirmək və qeydiyyatını aparmaq,
- Rəhbərliyin tapşırıqlarını və digər işləri vaxtında və düzgün yerinə yetirmək
- Aktların və digər növ sənədlərin çeşidlənməsi,
İş Şəraiti
- İş qrafiki - Bazar ertəsi – Cümə, 09:00–18:00
- Şənbə - 09:00–13:00
- Bazar - İstirahət günüdür
- Əmək haqqı - 850 AZN (net)
- Ünvan - Bakı,Neftçilər pr 62
- AR-əmək məcəlləsinə uyğun sənədləşmə
- Servis ( yoxdur)
- Nahar yeməyi şirkət tərəfindən qarşılanır
- Karyera yüksəlişi
Tələblər
- Xanım namizədlərə üstünlük verilir
- Azərbaycan dilində səlis danışıq və yazı qabiliyyəti,
- İngilis və Rus dil bilikləri üstünlükdür
- MS Office (Word) proqramında sərbəst işləmək bacarığı,
- İşgüzar münasibət etikası
- İşində səliqəli, məsuliyyətli və dəqiq olmaq,
Maraqlanan namizədlər öz CV-lərini [email protected] elektron poçt ünvanına yaxud qeyd edilən nömrəyə whatsapp üzərindən “Ofis Meneceri” başlığını qeyd etməklə göndərə bilərlər:
994553100699
Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz! Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.