

İş haqqında
Meta Education Elmlər filialında komandamıza qoşulacaq, bilik və təcrübəsini tələbələrlə bölüşməyi sevən, peşəkar və məsuliyyətli Ofis Proqramları üzrə Təlimçi axtarırıq!
🔹 Vəzifə öhdəlikləri:
-Microsoft Office proqramları üzrə tədris prosesini həyata keçirmək;
-MS Word, MS Excel və MS PowerPoint proqramlarını tələbələrə nəzəri və praktiki şəkildə öyrətmək;
-Dərs proqramlarını və tədris materiallarını hazırlamaq;
-Praktiki tapşırıqlar və real iş nümunələri əsasında tədris aparmaq;
-Tələbələrin inkişafını izləmək və onlara fərdi dəstək göstərmək;
-Tədris prosesinin keyfiyyətini və effektivliyini təmin etmək.
🔹 Namizədə tələblər:
-Microsoft Office proqramlarını yaxşı səviyyədə bilmək;
-MS Excel, MS Word və MS PowerPoint üzrə praktiki biliklərə malik olmaq;
-Tədris və təqdimat bacarıqlarına sahib olmaq;
-Ünsiyyət qurmaq və bilikləri aydın şəkildə izah etmək bacarığı;
-Məsuliyyətli, səbirli və öyrətməyə həvəsli olmaq;
-Təlimçilik təcrübəsi arzuolunandır.
🔹 Biz nə təklif edirik?
-Əməkhaqqı: 400–800 AZN
-Peşəkar və inkişafyönümlü iş mühiti
-Komanda ilə əməkdaşlıq və peşəkar inkişaf imkanı
