Bakı,
Azərbaycan
19/03/2026
-
02/04/2026
İş haqqında məlumat
- Qonaqları yüksək səviyyəli xidmət standartlarına uyğun olaraq səmimi və peşəkar şəkildə qarşılamaq, onların komfortunu təmin edəcək şəkildə yerləşdirilməsini təşkil etmək
- Menyu üzrə məhsulların tərkibi, təqdimatı və xüsusiyyətləri barədə dolğun məlumat vermək, qonaqların seçim prosesini yönləndirərək satış imkanlarını effektiv şəkildə artırmaq
- Sifarişlərin dəqiqlik və operativlik prinsipləri əsasında qəbul olunmasını və servis prosesinin fasiləsiz koordinasiyasını təmin etmək
- Qonaqlara təqdim olunan xidmətin keyfiyyətini nəzarətdə saxlamaq, hər mərhələdə müsbət qonaq təcrübəsinin formalaşmasına töhfə vermək
- Servis standartlarına uyğun olaraq masa quruluşunu (setup) və masa dövriyyəsini (table turnover) effektiv şəkildə idarə etmək
- Qonaqların fərdi ehtiyac və gözləntilərini öncədən müəyyən edərək proaktiv xidmət yanaşması sərgiləmək
- Hesablaşma prosesini şirkət prosedurlarına uyğun, şəffaf və düzgün şəkildə icra etmək
- Servis sahəsində yüksək gigiyena, təhlükəsizlik və nizam-intizam standartlarının davamlı qorunmasını təmin etmək
- Məhsul və xidmətlərin vizual təqdimatına (merchandising) nəzarət edərək brend standartlarının qorunmasına dəstək olmaq
- Servis avadanlıqlarının (glassware, tableware və s.) təmizliyi və təqdimat keyfiyyətinin (polishing) yüksək səviyyədə saxlanılmasını təmin etmək
- Qonaq şikayət və rəylərini diqqətlə dinləyərək, peşəkar yanaşma ilə həll etmək və müvafiq hallarda rəhbərliyə eskalasiya etmək
- Komanda daxilində effektiv əməkdaşlıq qurmaq, kafe meneceri və növbə rəhbərinin tapşırıqlarını operativ və dəqiq şəkildə icra etmək
İş şəraiti
- İş yeri: Bakı şəhəri, Suraxanı rayonu, Zığ şossesi
- Əmək haqqı: 800 AZN (net)
- İş qrafiki: Növbəli iş qrafiki (dəyişən növbələr əsasında)
Tələblər
- Bəy və xanım namizədlər
- Ünsiyyət bacarıqları yüksək, nəzakətli və təqdimat qabiliyyəti olan
- Komandada işləmə bacarığı
- Məsuliyyətli, diqqətli və operativ
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.
Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz! Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.