Azad Agentlik

Onlayn Əməkdaş

Azad Agentlik
Ə/h razılaşma ilə
478
Freelance
Bakı, Azərbaycan
10/09/2026 - 11/10/2026

İş haqqında məlumat

Azad Agentlik komandasına Onlayn Əməkdaşlar axtarılır!
TikTok sahəsinə marağınız varsa, sərbəst qrafiklə işləmək və göstərdiyiniz nəticəyə uyğun gəlir əldə etmək istəyirsinizsə, komandamıza qoşulun!

Vəzifələr

  • TikTok-da canlı yayım açan yayımçıları agentliyə qoşulmağa dəvət etmək
  • Agentliyin xidmətləri və üstünlükləri haqqında məlumat vermək
  • Yayımçıların qeydiyyat prosesini izləmək və dəstək olmaq
  • Dəvət etdiyiniz yayımçılarla daim əlaqədə qalmaq
  • Yayımçıları motivasiya etmək və onların inkişafına dəstək olmaq
  • Tapşırıqları vaxtında və məsuliyyətlə yerinə yetirmək
    Təqdim etdiklərimiz
  • Əməkhaqqı: Performans əsaslı ödəniş sistemi tətbiq olunur. Sabit maaş yoxdur. Gəlir yerinə yetirilən tapşırıqların sayı və əldə olunan nəticələrdən asılı olaraq formalaşır. Qazanc potensialı məhdud deyil. Ödəniş aylıq olaraq həyata keçirilir.

Təlim: İşə başlamazdan əvvəl əməkdaşlara iş prinsipi, prosesin detalları və istifadə olunacaq üsullar ətraflı şəkildə izah olunur. Təlim və praktika ofis şəraitində keçirilir. Təlim müddəti təxminən 7–10 gündür.

Tələblər

  • Ukrayna dilində sərbəst danışmaq — C2 səviyyəsi
    və ya
  • Rus dilində sərbəst danışmaq — C2 səviyyəsi
  • 18–35 yaş aralığında olmaq
  • TikTok canlı yayımlarının iş prinsipi və funksiyaları haqqında məlumatlı olmaq
  • TikTok və digər yayım platformalarına marağın olması
  • Ünsiyyətcil və inandırıcı danışıq tərzinə sahib olmaq
  • WhatsApp, TikTok və digər sosial şəbəkələrlə işləmə bacarığı
  • Yaradıcılıq, məsuliyyət və təşəbbüskarlıq
  • Kompüter və smartfonla sərbəst işləmə bacarığı

    İş qrafiki
  • Tamamilə onlayn iş imkanı
  • Sərbəst iş qrafiki
  • İstənilən məkandan işləmək imkanı
  • Gəlir əməkdaşın aktivliyindən və nəticələrindən asılı olaraq dəyişir

    Müraciət
    Maraqlanan namizədlər öz CV-lərini və ya özləri haqqında qısa məlumatı göstərilən əlaqə vasitəsinə göndərə bilərlər.
  • E-mail: [email protected]