
.jpg)
İş haqqında
Vakansiya: E-commerce və Onlayn Satış Meneceri
İş yeri: Azin Technology MMC
İş yeri ünvanı: Binəqədi rayonu, Pasyolka Kirov
Yaş həddi: 21-35
Əmək haqqı: 500
🔹 Vəzifə öhdəlikləri:
-Şirkətin məhsullarının Umico platformasında və rəsmi veb-sayt üzərindən satışını həyata keçirmək;
-WhatsApp, sosial şəbəkələr və veb-sayt üzərindən daxil olan müştəri sorğularını operativ cavablandırmaq;
-Sifarişləri qəbul etmək, sistemə daxil etmək və sifarişlərin icra prosesini izləmək;
-Müştərilərə məhsullar, qiymətlər, çatdırılma və ödəniş şərtləri barədə məlumat vermək;
-Məhsulların platformalarda düzgün yerləşdirilməsini, məlumatların, qiymətlərin və stokların vaxtında yenilənməsini təmin etmək;
-Müştəri məmnuniyyətini yüksək səviyyədə saxlamaq və təkrar satışları artırmaq;
-Satış hədəflərinə nail olmaq və satış göstəricilərinin artırılmasına yönəlmiş fəaliyyət göstərmək;
-Gündəlik və aylıq satış nəticələri barədə hesabatlar hazırlamaq;
-Müştəri şikayət və müraciətlərini operativ şəkildə həll etmək.
🔹 Tələblər:
-İş ofisdən idarə olunur
-Azərbaycan dilində səlis danışıq və yazı bacarığı;
-Rus dili biliyi arzuolunandır;
-Online satış və ya müştəri xidmətləri sahəsində iş təcrübəsi üstünlükdür;
-Umico, e-commerce platformaları və ya digər onlayn satış sistemləri ilə işləmə bacarığı üstünlükdür;
-MS Office və internet platformalarından istifadə bacarığı;
-Güclü ünsiyyət və müştəriyönümlülük;
-Satış qabiliyyəti və inandırma bacarığı;
-Məsuliyyətli, diqqətli və operativ olmaq;
-Nəticəyönümlü və komandada işləmə bacarığı.

.png)
.jpg)
.jpg)
.jpg)