AZIN Technology

Online Satış Meneceri

AZIN Technology
500 ₼
375
Tam iş günü
Bakı, Azərbaycan
13/08/2026 - 13/09/2026

İş haqqında məlumat

  • Şirkətin məhsullarının Umico platformasında və rəsmi veb-sayt üzərindən satışını həyata keçirmək; 
  • WhatsApp, sosial şəbəkələr və veb-sayt üzərindən daxil olan müştəri sorğularını operativ cavablandırmaq; 
  • Sifarişləri qəbul etmək, sistemə daxil etmək və sifarişlərin icra prosesini izləmək; 
  • Müştərilərə məhsullar, qiymətlər, çatdırılma və ödəniş şərtləri barədə məlumat vermək; 
  • Məhsulların platformalarda düzgün yerləşdirilməsini, məlumatların, qiymətlərin və stokların vaxtında yenilənməsini təmin etmək; 
  • Müştəri məmnuniyyətini yüksək səviyyədə saxlamaq və təkrar satışları artırmaq; 
  • Satış hədəflərinə nail olmaq və satış göstəricilərinin artırılmasına yönəlmiş fəaliyyət göstərmək; 
  • Gündəlik və aylıq satış nəticələri barədə hesabatlar hazırlamaq; 
  • Müştəri şikayət və müraciətlərini operativ şəkildə həll etmək.

Əlavə məlumat:

  • İş yeri: Azin Technology MMC
  • İş yeri ünvanı: Süleymansani Axundov 437e
  • Əmək haqqı: 500

Tələblər

  • Yaş həddi: 21-35
  • Azərbaycan dilində səlis danışıq və yazı bacarığı; 
  • Rus dili biliyi arzuolunandır; 
  • Online satış və ya müştəri xidmətləri sahəsində iş təcrübəsi üstünlükdür; 
  • Umico, e-commerce platformaları və ya digər onlayn satış sistemləri ilə işləmə bacarığı üstünlükdür; 
  • MS Office və internet platformalarından istifadə bacarığı; 
  • Güclü ünsiyyət və müştəriyönümlülük; 
  • Satış qabiliyyəti və inandırma bacarığı; 
  • Məsuliyyətli, diqqətli və operativ olmaq; 
  • Nəticəyönümlü və komandada işləmə bacarığı.

Müraciət qaydası:

  • CV-lərinizi “Mövzu” hissəsində  “Online Satış Meneceri” qeyd etməklə aşağıdakı e-mail ünvanına göndərməyiniz xahiş olunur:
  •  [email protected]      

Oxşar vakansiyalar