By Telecom

Online Satış Şöbəsi üçün Supervayzer

By Telecom
Ə/h razılaşma ilə
1238
Tam iş günü
Bakı, Azərbaycan
20/05/2026 - 03/06/2026

İş haqqında məlumat

  • Zəng mərkəzi operatorlarının gündəlik fəaliyyətinə nəzarət etmək 
  • Operatorların müştərilərlə düzgün, peşəkar və satış yönümlü danışıq qaydalarına riayət etməsini təmin etmək 
  • Daxil olan zənglərin, müraciətlərin və satış proseslərinin keyfiyyətinə nəzarət etmək 
  • Komandanın performansını izləmək və hesabatların hazırlanmasını təmin etmək 
  • Satış göstəricilərinin artırılması üçün operatorlara yönləndirmə və dəstək vermək 
  • Müştəri məmnuniyyətinin yüksək səviyyədə qorunmasına nəzarət etmək 
  • Bitrix24 CRM sistemində iş proseslərinə və qeydiyyat intizamına nəzarət etmək 
  • CRM üzərindən tapşırıqların, lead və satış proseslərinin düzgün idarə olunmasını təmin etmək 
  • Yeni əməkdaşların adaptasiya və təlim prosesində iştirak etmək 

Şərait:

  • Rəqabətli əmək haqqı 
  • Karyera inkişaf imkanı 
  • Peşəkar və dinamik komanda mühiti 
  • Korporativ təlim və inkişaf imkanları 

Tələblər

  • Zəng mərkəzi və ya satış sahəsində minimum 2 il iş təcrübəsi 
  • Supervayzer və ya komanda rəhbəri kimi təcrübə üstünlükdür 
  • Satış yönümlü düşüncə və idarəetmə bacarığı 
  • Azərbaycan dilində səlis danışıq (Rus dili biliyi üstünlükdür) 
  • Güclü ünsiyyət və komanda idarəetmə bacarıqları 
  • Stress altında operativ qərarvermə bacarığı 
  • Bitrix24 CRM sistemində iş təcrübəsi mütləqdir 
  • MS Office proqramlarında işləmə bacarığı 

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.