Abşeron Logistika Mərkəzi

Operativ nəzarət və monitorinq üzrə baş mütəxəssis

Abşeron Logistika Mərkəzi
Ə/h razılaşma ilə
1303
Tam iş günü
Bakı, Azərbaycan
20/07/2026 - 03/08/2026

İş haqqında məlumat

Tarixi İpək Yolunun mərkəzində yerləşən Abşeron Logistika Mərkəzi, beynəlxalq standartlara və Azərbaycanda inteqrasiyaya sahib olan ilk özəl logistik mərkəzdir. Rahat və əlverişli yol əlaqəsi terminaldan əsas yol nəqliyyat marşrutlarına birbaşa keçid etməyə və hədəfə tez bir zamanda çatmağa imkan verir. Müasir texnologiyalarla zəngin əməliyyat qabiliyyəti, güclü infrastruktur qurğuları və zamanın tələbinə uyğun yüksək xidmət keyfiyyəti ilə təchiz edilmiş təhlükəsiz, sürətli və davamlı logistik dəstəyi təmin edən peşəkar komandamız mərkəzin əsas kapitalı hesab olunur. Mərkəzin gələcək uğurlarına şərik olmaq istəyən peşəkarları komandamıza dəvət edirik.

Ümumi vəzifə öhdəlikləri:

  • Struktur vahidləri üzrə əməliyyat sənədlərinin yoxlanması, təhlili və monitorinqinin təmin edilməsi;
  • Maliyyə, mühasibatlıq sahəsi üzrə əməliyyatların yoxlanılması, sənədlərin proqram təminatı məlumatları ilə üzləşdirilməsi;
  • Məlumatların analitik təhlili, çatışmazlıqların aşkarlanması və hesabatın hazırlanması;
  • Proseslərin təhlili, maliyyə məlumatlarının 1C proqramı vasitəsi ilə üzləşdirilməsi;
  • Yoxlama və monitorinq zamanı aşkar edilmiş fərqlər, nöqsan və boşluqlarla bağlı hesabat hazırlamaq və çatışmazlıqların aradan qaldırılması üçün təkliflər vermək;
  • Yoxlama və monitorinq zamanı şirkətin fəaliyyətinə və ya maraqlarına risk yaradan / ziyan vuran şəraitin mövcudluğunu, baş vermiş və ya baş verməsi ehtimal olunan pozuntuları müəyyən etmək;
  • Aparılmış yoxlamarın nəticələrinə dair təqdimat etmək;
  • Monitorinq və təhlil nəticələrini struktur vahidi rəhbərləri ilə müzakirə etmək, aradan qaldırılmasını izləmək və birbaşa rəhbərinə hesabat vermək.

Tələblər

  • Ali iqtisadi təhsill (Biznesin idarə edilməsi, Maliyyə, Mühasibat uçotu və audit və s.);
  • Müvafiq sahədə iş təcrübəsi - minimum 3 il;
  • Dil bilikləri: Azərbaycan dili mükəmməl, Rus və İngilis dilləri üstünlükdür;
  • MS Office (Word, Outlook) proqramlarını yaxşı səviyyədə, Excel-i yüksək səviyyədə bilmək;
  • 1C proqramında iş bacarığı üstünlükdür.

Peşəkar tələblər:

  • Prosesləri idarə etmək qabiliyyəti;
  • Təqdimat bacarıqları,
  • Starteji düşünmə qabiliyyəti,
  • Vergi qanunvericiliyi və mühasibat uçotu qaydalarını bilməli.

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilərlər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun