Focus Optika

Optik məsləhətçi

Focus Optika
Ə/h razılaşma ilə
579
Tam iş günü
Qəbələ, Azərbaycan
26/12/2025 - 26/01/2026

İş haqqında məlumat

  • Müştərinin qarşılanması, sifariş qaydaları haqqında məlumatlandırmaq;
  • Çərçivələrin seçimində müştəriyə köməklik göstərmək;
  • Digər məhsullar haqqında müştəriyə məlumat vermək;
  • Satışı həyata keçirmək;
  • Ofisdən gələn malları vitrinə yerləşdirmək;
  • Vitrinlərin səliqəli və təmiz olması üçün mütəmadi gözdən keçirmək;
  • Sifariş qeydlərini tutmaq;
  • Menecerin verdiyi təlimatlara uyğun işləri yerinə yetirmək.

İş şəraiti:

  • AR Əmək məcəlləsinə uyğun sənədləşmə;
  • İş qrafiki: 5 günlük, qrafiklə;
  • İş yeri: Qəbələ şəhəri;
  • Əmək haqqı: Fiks əmək haqqı + bonus;
  • Karyera yüksəlişi;
  • Təlim imkanları.

Tələblər

  • Təhsil - Orta təhsil (Ali təhsil üstünlükdür);
  • Pərakəndə satış sahəsində təcrübəsi olması arzu olunandır;
  • Dil bilikləri - Azərbaycan dili əla səviyyədə, Rus dili - yaxşı səviyyədə, İngilis dili üstünlükdür;
  • Satış prinsipləri və texnikaları üzrə biliklər;
  • Effektiv ünsiyyət, intizamlılıq, dürüstlük, öyrənmə və öyrəndiklərini təqdimetmə bacarığı.

Müraciət etmək istəyən namizədlərdən CV-ni [email protected]  email ünvanına göndərməkləri  xahiş olunur.

Vakansiyanın tələblərinə uyğun namizədlər müsahibəyə dəvət ediləcək.