Bakı,
                                        Azərbaycan
                                    
                                
                                
                                    
                                    
                                        16.10.2024 04:00
                                        -
                                        16.11.2024 04:00
                                    
                                
                            İş haqqında məlumat
- İcbari təlim matrisinin hazırlanmasını, yenilənməsini və izlənilməsini təmin etmək;
 - İllik təlim planına uyğun olaraq təlimlərin cədvəlini haqırlamaq;
 - Təlimləri təşkil etmək (iştirakçıları dəvət etmək, davamiyyətə nəzarət etmək, təlim effektivliyini ölçmək, məkanı, ehtiyac olduqda çay və nahar fasiləsini təşkil etmək, təlim materialları hazırlamaq və s.);
 - Təlim, ixtisasartırma, yenidən hazırlanma, peşə hazırlığı və sertifikasiya proqramları ilə bağlı modeli hazırlamaq, təşkil və tətbiq edilməsi prosesini təmin etmək;
 - Daxili təlimçilərin hazırlanması və təlim proseslərinə cəlb olunması məqsədilə struktur vahidlərinin rəhbərləri ilə danışıqlar aparılmasını təşkil etmək;
 - Əməkdaşlarının bilik və bacarıqlarının artırılması məqsədilə təlimləri təşkil etmək;
 - Kənar vendorların seçilməsi məqsədilə Satınalma komandasına dəstək olmaq;
 - İllik təlim büdcəsinin formalaşdırlması ilə bağlı müvafiq tapşırıqları icra etmək;
 - Təlim xərclərinin illik təlim büdcəsi çərçivəsində aparılmasını təşkil etmək;
 - Şöbədaxili hesabatları hazırlamaq, aidiyyəti üzrə təqdim etmək;
 - Şirkətdə mövcud rəqəmsal platformalarından istifadə etmək;
 - Həftəlik/aylıq olaraq görülmüş işlər barədə hesabat vermək.
 
Tələblər
- Ali təhsilli (İnsan Resurslarının İdarəolunması, Sosial Elmlər, Biznes İdarəçiliyi kimi sahələrdə ali təhsil arzu olunandır) olmalı;
 - Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;
 - Yaxşı səviyyədə ingilis dili biliyi;
 - MS Office proqramlarından yaxşı səviyyədə istifadə etmək bacarığı;
 - Yüksək səviyyədə yazılı və şifahı ünsiyyət bacarığı;
 - Kommunikasiya və təqdimat bacarıqları;
 - Güclü analitika və problem həll-etmə bacarığı;
 - Əlavə tələblər:
 - Icbari təlimlərinin təşkilində təcrübənin olması;
 - Icbari təlimlər üzrə matrisin hazırlanmasında təcrübənin olması.
 
Aşağıda qeyd edilmiş sertifikatların olması üstünlükdür:
- TOT;
 - İnstructional Design;
 - SHRM.