Core Construction

Özüboşaldan yük maşını sürücüsü (Kəlbəcər rayonu)

Core Construction
Ə/h razılaşma ilə
316
Tam iş günü
Kəlbəcər, Azərbaycan
12/10/2026 - 26/10/2026

İş haqqında məlumat

Core Construction MMC öz komandamıza qoşulmaq üçün HOWO və digər özüboşaldan yük maşınlarını idarə etmək bacarığı olan təcrübəli sürücülər axtarır.

Vəzifə öhdəlikləri:

  • Özüboşaldan yük maşınlarının təhlükəsiz və düzgün idarə edilməsi;
  • Tikinti sahəsində torpaq, qum, çınqıl və digər materialların daşınması;
  • Nəqliyyat vasitəsinin texniki vəziyyətinə gündəlik nəzarət edilməsi;
  • Əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına riayət olunması;
  • Rəhbərlik tərəfindən verilən tapşırıqların vaxtında və məsuliyyətlə yerinə yetirilməsi.

Tələblər

  • Müvafiq kateqoriyalı sürücülük vəsiqəsinin olması;
  • HOWO və digər özüboşaldan yük maşınlarını idarə etmək bacarığı;
  • Ağırtonnajlı nəqliyyat vasitələrinin idarə olunması üzrə təcrübə;
  • Məsuliyyətli, intizamlı və diqqətli olmaq;
  • Tikinti sahəsində işləməyə hazır olmaq.

İş şəraiti:

  • İş yeri: Kəlbəcər rayonu
  • İşçilər üçün yemək təmin edilir.
  • Qalmaq üçün yaşayış yeri təmin edilir.

Oxşar vakansiyalar