Bakı,
Azərbaycan
20.10.2025 04:23
-
20.11.2025 12:00
İş haqqında məlumat
“Honours Academy” komandası korporativ müştərilərlə əməkdaşlığın qurulması və genişləndirilməsi istiqamətində çalışacaq, nəticəyönümlü və kommunikativ “Partnyorlarla İş üzrə Mütəxəssis” axtarır. Bu vəzifə şirkətlərin təlim ehtiyaclarının müəyyən olunması, uyğun təkliflərin hazırlanması, xidmətlərin təşkili və tərəfdaş məmnuniyyətinin təmin olunması proseslərində əsas rol oynayır.
- Korporativ müştərilərlə ilkin əlaqənin qurulması, təlim proqramlarının təqdim edilməsi və əməkdaşlıq imkanlarının araşdırılması;
- Müştəri ehtiyaclarını təhlil etmək, fərdi təlim təklifləri hazırlamaq və təqdim olunan təkliflərin icrasını izləmək;
- Korporativ müştərilərin qeydiyyat və ilkin yönləndirmə proseslərini idarə etmək, layihə icrasını nəzarətdə saxlamaq;
- Müştəri münasibətlərinin davamlı saxlanılması, operativ dəstəyin göstərilməsi və ehtiyac olduqda hesabatların təqdim olunması;
- Təhsil və marketinq komandaları ilə sıx əməkdaşlıq edərək layihələrin düzgün və vaxtında həyata keçirilməsini təmin etmək;
- Potensial müştərilər, yazışmalar, təkliflər və rəy bildirişlərinin qeydiyyatını və izlənməsini təmin etmək;
- Zərurət olduqda görüşlərdə və təqdimatlarda iştirak etmək.
Təklif etdiyimiz imkanlar:
- Peşəkar və dəstəkləyici komanda mühiti;
- Müxtəlif və dinamik iş prosesi;
- Rəqabətli əməkhaqqı (müsahibə zamanı müəyyən olunacaq);
- Performansa əsaslanan bonus sistemi;
- Peşəkar inkişaf və yüksəliş imkanları.
İş qrafiki:
- Həftədə 5 gün (Bazar ertəsi – Cümə);
- İstirahət günləri: Şənbə və Bazar;
- İş saatları: 10:00 – 19:00;
Müraciət qaydası:
CV-nizi və qısa motivasiya məktubunuzu Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərməyinizi xahiş edirik. Mövzu hissəsində “Partnyorlarla İş üzrə Mütəxəssis” qeyd edin. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Tələblər
- Biznes, Marketinq, Kommunikasiya və ya əlaqəli sahələr üzrə ali təhsil;
- B2B satış, korporativ müştərilərlə iş sahəsində minimum 2 il iş təcrübəsi;
- Təqdimat, danışıqlar aparmaq və müştəri münasibətlərini qurmaq bacarığı;
- Planlama və təşəbbüskarlıq qabiliyyəti, eyni anda bir neçə layihəni idarə edə bilmək bacarığı;
- “Google Workspace” (“Docs”, “Sheets”, “Forms” və s.) ilə işləmək bacarığı;
- Müştəri tələblərinə uyğun olaraq çevik iş saatlarında işləməyə hazırlıq.