Simurg MMC

Pastry chef (baş şirniyyatçı)

Simurg MMC
1800 - 2000 ₼
3371
Növbəli iş
Bakı, Azərbaycan
19.09.2025 10:25 - 19.10.2025 12:00

İş haqqında məlumat

Simurg MMC-ə Pastry chef (Baş şirniyyatçı) tələb olunur.

Simurg MMC ictimai iaşə sferasında fəaliyyət göstərir və "Second cup" kofeşop şəbəkəsini təmsil edir. Şirkət 10 ildən çoxdur ki fəaliyyət göstərir və "Second cup" brendinin Bakı şəhərində 9 filialı mövcuddur.- 

  • Şirkətin standartlarına xas bir şəkildə keyfiyyətli, sanballı və gözəl təqdim edilən şirniyyat məmulatlarının hazırlanması üçün təkliflər vermək;
  • Şirniyyat məhsullarının yüksək keyfiyyətlə hazırlanmasını və təqdimatını təmin etmək;
  • Məhsulların daxilindəki inqredientləri reseptlərə və menyu xüsusiyyətlərinə uyğun olaraq hazırlanmasını təmin etmək;
  • Ərzaqlardan düzgün istifadə edilməsinə və ərzaq itkilərinə yol verilməməsinə nəzarət etmək;
  • Şirniyyat məhsulları hazırlanan sahədə təmizlik və təşkilatçılığın yüksək səviyyədə olması üçün məsuliyyət daşımaq;
  • Bütün instruksiya və reseptlərin müvafiq şəkildə icra edilməsindən əmin olmaq;
  • Gündəlik fəaliyyət üçün lazım olan hazır yarımfabrikat məmulatların hazırlanmasını təşkil etmək;
  • İş yerinin və avadanlıqların səliqəli və təmiz qaydada, qida təhlükəsizliyi və sanitariya qaydalarına müvafiq şəkildə saxlamaq və saxlanmasına nəzarət etmək;
  • Ərzaq ehtiyatlarının müvafiq şəkildə saxlanılmasını təmin etmək və digər əməkdaşların da buna riayət etməsinə nəzarət etmək;
  • Davamlı şəkildə yeni qabiliyyət və bacarıqların, üsullarının öyrənilməsi və digər əməkdaşlara da yeni bacarıqların ötürülməsinə can atmaq;
  • Tabeliyində olan əməkdaşların fəaliyyətini koordinasiya etmək.

İş şəraiti

  • İş yeri Babək prospektində yerləşir;
  • İş qrafiki: 6 gün, dəyişən növbəlidir.
  • Əmək haqqı: 1800-2000 AZN

Əlaqə vasitələri: [email protected] +994502515195

 

Tələblər

  • Müvafiq vəzifə üzrə azı 5 il təcrübə;
  • Yaradıcılıq və innovativ düşüncə qabiliyyəti;
  • Komanda idarəetmə qabiliyyəti;
  • Şirniyyatların, cheesecakelərin və tortların hazırlanma və bəzədilməsi texnikaları üzrə biliklər.


Oxşar vakansiyalar