Baku Electronics

Pərakəndə satış şöbə müdiri

Baku Electronics
Ə/h razılaşma ilə
780
Tam iş günü
Bakı, Azərbaycan
31.10.2025 03:37 - 30.11.2025 12:00

İş haqqında məlumat

  • Baku Electronics-in müxtəlif satış nöqtələrində fəaliyyət göstərən mağazaların idarə olunmasını təmin etmək;
  • Satış komandasının gündəlik fəaliyyətinə rəhbərlik etmək və mağazaların satış nəticələrini optimallaşdırmaq;
  • Mağazaların performansının KPI göstəriciləri əsasında idarə olunmasını təmin etmək və nəticələrin təhlilini aparmaq;
  • Satış və büdcə planlamasını həyata keçirmək, icrasını izləmək, fərqləri təhlil etmək və uyğun planları hazırlamaq;
  • Periyodik sahə ziyarətləri həyata keçirərək problemlərin yerində təhlili və lazımi planlanmasını təmin etmək;
  • Mağazalarda Retail Audit və Gizli Müştəri proqramları ilə bağlı proseslərə nəzarət etmək və nəticələrə əsasən inkişaf planları hazırlamaq;
  • Mağazaların əməliyyat və satış proseslərinin standartlara uyğun aparılmasına nəzarət etmək;
  • Satış komandalarının (menecerlər, rəhbərlər və promotorlar daxil olmaqla) inkişafını və motivasiyasını təmin etmək;
  • Mağaza rəhbərlərinin karyera inkişafının idarə olunması və onlara mentorluq edilməsi,
  • Kampaniya fəaliyyətlərinin düzgün icrasına və nəticələrinin analizinə nəzarət etmək;
  • Müştəri məmnuniyyətinin qorunması və artırılması üçün təşəbbüslər hazırlamaq və tətbiqini izləmək;
  • Raporların oxunması, təhlili və rəhbərliyə davamlı, strukturlaşdırılmış hesabatların təqdim edilməsi;
  • Operativ qərarvermə və analitik təhlil vasitəsilə satış göstəricilərinin optimallaşdırılmasını təmin etmək.

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Tələblər

  • Pərakəndə sektorunda ən azı 5 illik ümumi təcrübə, o cümlədən ən azı 3 il Bölge Müdiri səviyyəsində idarəçilik təcrübəsi;
  • Elektronika pərakəndə sektorunda təcrübə üstünlük sayılır;
  • Zaman və iş yükü baxımından çevik və aktiv sahə şəraitində işləmək bacarığı.


Oxşar vakansiyalar