Bakı,
Azərbaycan
25/12/2025
-
08/01/2026
İş haqqında məlumat
- Mühasibat uçotunun tam və sistemli şəkildə aparılması
- Maliyyə, vergi, DSMF və statistika hesabatlarının hazırlanması və vaxtında təqdim edilməsi
- Azərbaycan Respublikası Vergi Məcəlləsi və Mühasibat Uçotu haqqında qanunvericiliyin tətbiqi və nəzarəti
- Aylıq, rüblük və illik maliyyə hesabatlarının hazırlanması və təhlili
- Əmək haqqı hesablamaları, məzuniyyət, son haqq-hesab və aidiyyəti ödənişlərin icrası
- Debitor və kreditor borclarının idarə olunması və analiz edilməsi
- Bank və maliyyə əməliyyatlarına nəzarət
- Rəhbərliyə mütəmadi maliyyə hesabatlarının və analitik məlumatların təqdim olunması
İş şəraiti:
- İş qrafiki: 09:00-18:00
- Əmək haqqı: Müsahibə əsasında
Tələblər
- Təcrübə: minimum 5 il
- Ali təhsil (Maliyyə, Mühasibatlıq, İqtisadiyyat)
- Mühasibatlıq sahəsində minimum 3-5 il iş təcrübəsi
- Azərbaycan Respublikası Vergi Məcəlləsi və əmək qanunvericiliyini əla səviyyədə bilmək
- 1C və digər mühasibat proqramlarında sərbəst işləmək bacarığı
- MS Excel-də yüksək səviyyədə işləmə bacarığı (analitik cədvəllər, hesabatlar)
- Analitik düşüncə, strateji yanaşma və yüksək məsuliyyət hissi
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.