Absheron Hospitality Group MMC
Ə/h razılaşma ilə
456
Tam iş günü
Bakı, Azərbaycan
09/07/2026 - 23/07/2026

İş haqqında məlumat

  • Pizza üçün xəmirin keyfiyyətinə nəzarət etmək, xəmirin standarta uyğun hazırlanması;
  • Menyuya uyğun olaraq müxtəlif növ pizzaların hazırlanması;
  • Müxtəlif növ sousların hazırlanması;
  • Ət, tərəvəz, pendir və digər içliklərin doğranması və çeşidlənməsi, inqrediyentlərin xəmirdə lazımi miqdarda, eyni zamanda düzgün yerləşdirilməsi;
  • Məhsulların təzəliyinə və saxlanma şəraitinə nəzarət etmək;
  • Sifarişləri dəqiq və vaxtında yerinə yetirmək, xüsusi sifarişlərdə (əlavə içlik, qlütensiz xəmir və s.) diqqətli olmaq;
  • İş sahəsini, iş prosesində istifadə etdiyi alətləri mütəmadi olaraq təmizləmək;
  • Digər mətbəx işçiləri ilə koordinasiyalı şəkildə işləmək, xidmət heyəti ilə düzgün kommunikasiya qurmaq;
  • Yeni pizza növləri üzrə təkliflər vermək və menyunun inkişafında iştirak etmək;
  • Məhsulların maya dəyərini hesablamaq, xərclərinin optimallaşdırılması;
  • İsrafın qarşısının alınması üçün məhsul istifadəsinə daimi nəzarət etmək;
  • Alınan məhsulların keyfiyyətinə və istifadə müddətinə nəzarət etmək;
  • Qida təhlükəsizliyi və sanitariya standartlarının qorunması, standartlara uyğunluğun təmin olunması;
  • Təmizlik və dezinfeksiyası üzrə prosedurların yerinə yetirilməsi;
  • Şəxsi gigiyena qaydalarına əməl etmək;
  • Müştəri şikayətlərini və ya rəylərini nəzərə alaraq keyfiyyətin artırılması üçün tədbirlər görmək;
  • Texniki avadanlıqların, inventarların işlək vəziyyətdə saxlanılması və zəruri texniki xidmətlərin təmin olunması;
  • Satış analizlərinin aparılması, həftəlik, aylıq və illik hesabatların hazırlanaraq rəhbərə təqdim olunması;
  • Stok səviyyələrinin daim izlənməsi və tükənmənin qarşısının alınması;

Tələblər

  • Müvafiq sahədə 3-5 il iş təcrübəsinin olması;
  • Müxtəlif növ pizzaları (klassik, vegetarian, ət tərkibli və s.) hazırlanma bacarığı;
  • Mətbəx və xidmət heyəti ilə effektiv kommunikasiyanı təmin etmək;
  • Pizza menyunun idarə olunması və yenilənməsi;
  • Yaradıcılıq və innovasiya;
  • HACCP, gigiyena və sanitariya standartlarını bilmək;
  • Rus və ya İngilis dili biliklərinin olması;
  • Microsoft Office (Word, Outlook, Excel) proqramlarından istifadə bacarığının olması;

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilərlər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun