Bakı,
Azərbaycan
10/03/2026
-
24/03/2026
İş haqqında məlumat
- PL məhsulları ilə bağlı istehlakçı və daxili şikayətlərin araşdırılması;
- Aşkarlanmış uyğunsuzluqlar üzrə səbəb-nəticə təhlilinin aparılması;
- Şikayət və problemlərin ISO 9001 və ISO 22000 (HACCP) tələbləri çərçivəsində qiymətləndirilməsi;
- Araşdırma nəticələrinə əsasən texniki rəy və qısa hesabatların hazırlanması;
- Araşdırma prosesi zamanı təchizatçı, istehsalçı və daxili bölmələrlə koordinasiyanın təmin edilməsi;
- Təkrarlanan problemlərlə bağlı profilaktik və düzəldici tədbirlərin təklif edilməsi;
- Araşdırma materiallarının (fotoşəkillər, qeydlər, sübutlar və s.) sistemli şəkildə sənədləşdirilməsi;
- PL məhsullarının texniki spesifikasiyalarının, etiket məlumatlarının və keyfiyyət göstəricilərinin uyğunluğunun yoxlanılması;
- Təchizatçı müəssisələrdə keyfiyyət və qida təhlükəsizliyi ilə bağlı uyğunsuzluqların monitorinqi və qeydiyyatının aparılması;
- Keyfiyyət göstəriciləri ilə bağlı risklərin qiymətləndirilməsi və rəhbərliyə məlumat verilməsi.
İş şərtlərimiz:
- İş qrafiki: Tam iş günü (5 gün);
- İş saatları: 09:00-18:00;
- İş yeri: Bakı şəh., Aşıq Molla Cümə küç. 46 D
Biz nə təklif edirik:
- Əmək bazarında rəqabətli əməkhaqqı;
- Peşəkar komanda mühiti;
- Şirkət hesabına nahar;
- Şirkət hesabına korporativ nömrə.
Tələblər
- ISO 9001 və ISO 22000 / HACCP standartları üzrə baza biliklər;
- Problemli və şikayət xarakterli hallarla işləmək, analitik düşünmə bacarığı;
- Qida emalı texnologiyaları, istehsal prosesləri və texnoloji tələblər üzrə biliklər;
- PL məhsullarının texniki sənədləri, spesifikasiyaları və etiket məlumatlarının
qiymətləndirilməsi üzrə anlayış; - MS Office proqramlarında (xüsusilə Excel və Word) işləmə bacarığı;
- Yazılı hesabatların hazırlanması və nəticələrin aydın, strukturlaşdırılmış şəkildə təqdim edilməsi bacarığı;
- Məsuliyyətlilik, diqqətlilik və komanda ilə effektiv işləmə qabiliyyəti.
Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:
- Ali təhsil(Qida mühəndisliyi, qida təhlükəsizliyi və ya əlaqəli sahə);
- Keyfiyyətə nəzarət və ya araşdırma sahəsində 2 il iş təcrübəsi;
- AQTA və ya digər dövlət nəzarət qurumlarında,təchizatçı və istehsalçı müəssisələrlə iş təcrübəsi üstünlük hesab olunur.
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.
Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz! Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.