CCN Holding

Planlama Mühəndisi

CCN Holding
Ə/h razılaşma ilə
471
Tam iş günü
Bakı, Azərbaycan
09/06/2026 - 23/06/2026

İş haqqında məlumat

  • Layihələrin iş proqramlarının hazırlanması və idarə olunması; 
  • Layihə irəliləyişlərinin monitorinqi və təhlili;
  • Vaxt, resurs və məhsuldarlıq göstəricilərinin izlənilməsi;
  • Dövri hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi;
  • Layihə komandaları arasında koordinasiyanın təmin edilməsi.

İş şəraiti

  • İş yeri: Zaqulba qəsəbəsi
  • İş qrafiki: Bazar ertəsi – Şənbə

Tələblər

  • İnşaat Mühəndisliyi, Memarlıq və ya müvafiq ixtisas üzrə ali təhsil;
  • Tikinti sektorunda planlama və hesabatlılıq sahəsində minimum 3 il iş təcrübəsi; 
  • Primavera P6 və MS Excel proqramlarından yüksək səviyyədə istifadə bacarığı;
  • İş proqramlarının hazırlanması, baseline planların qurulması, irəliləyişlərin yenilənməsi və proqram reviziyalarının aparılması üzrə təcrübə; 
  • Gündəlik, həftəlik və aylıq irəliləyiş hesabatlarının hazırlanması bacarığı;
  • Adam-saat, maşın-saat və qazanılmış dəyər (Earned Value) analizləri üzrə təcrübə;
  • Sahədə görülən işlərin icrasını izləyərək faktiki göstəricilərin təhlilini aparmaq bacarığı;
  • Podratçılar, sahə komandaları və Texniki Ofis əməkdaşları ilə koordinasiyalı işləmək bacarığı; 
  • İngilis dilini yazılı və şifahi formada yaxşı səviyyədə bilmək; 
  • Analitik düşünmə qabiliyyəti, güclü ünsiyyət bacarığı və komandada işləmək bacarığı.

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilərlər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.