Bakı,
Azərbaycan
24/06/2026
-
08/07/2026
İş haqqında məlumat
- Layihələr üzrə hazırlanmış BOQ-lardakı iş həcmlərinə görə iş qrafiklərinin hazırlanması,
- Hazırlanmiş təqvim planına uyğun olaraq mal-material təqvim planının hazırlanması,
- Sahəyə lazımi materialların çatdırılması üçün lojistik təqvim planının hazırlanıb satınalma şöbəsinə təqdim olunması,
- İdarəetmə sistemində planlama bölümünə hazırlanmış iş qrafiklərinin yüklənməsi,
- Sistemin tələbinə görə proqreslərin işlənməsi,
- Proqresə uyğun gecikmələr və ya uyğun işlər barədə həftəlik və ya aylıq raporların hazırlanması,
- Podrat müqavilələri üçün lokal iş qrafiklərinin hazırlanması və izlənməsi,
- Layihənin icra prosesinə uyğun ehtimal gecikmə və ya risklər barədə hesabatların hazırlanması,
- Gündəlik olaraq sahə mühəndislərindən icra olunmuş və icra olunacaq işlər haqqında məlumatların alınması və ümumiləşdirilmiş sahə fəaliyyət hesabatların hazırlanması,
- Cari gün ərzində rəhbərlik tərəfindən verilmiş tapşırıqların yerinə yetirilməsi,
- Həm yeni həm də qalıq işlərin mal-material alımına görə tələblərin və lojistik təqvim planının hazırlanması,
- Podrat işlərinin satınalınması və podratçı təşkilatın təyin olunması üçün iş həcmlərinin layihələr üzrə çıxarılması və işçilik tələb forumlarının hazırlanaraq satınalma şöbəsinə təqdim olunması,
- Şöbələr arası sənəd dövriyyəsində izləmə cədvəllərinin və aidiyyatı hesabatların hazırlanması və layihə komandası ilə mütəmadi koordinasiyanın aparılması.
İş şəraiti
- İş yeri: Aral Group
- Bağlı olduğu şöbə: Texniki Ofis
- İş rejimi: Tam ştat
- Əmək haqqı: Müsahibə əsasında müəyyən ediləcək
Tələblər
- İnşaat mühəndisliyi üzrə ali təhsil (bakalavr və ya magistr)
- Tikinti sahəsində planlama mühənisi kimi minimum 3 il iş təcrübəsi
- Tikinti layihələrinin planlaşdırılması və idarə olunması sahəsində biliklərə malik olmaq
- Layihələrin icrası və istehsalat proseslərinin idarə olunmasını yaxşı bilmək
- Təhlil və hesabat hazırlama bacarığı
- Problemlərin həll edilməsi və qərarvermə bacarığı
- MS Office (Excel, Word, PowerPoint), AutoCAD, MS Project və ya Primavera kimi proqramlardan istifadə bacarığı
- Komandada işləmək və effektiv ünsiyyət qurmaq bacarığı
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilərlər.
Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz! Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun