Bakı,
Azərbaycan
27/08/2026
-
10/09/2026
İş haqqında məlumat
- Tikinti Layihələri üzrə planlaşdırma (layihələr üzrə iş qrafiklərinin hazırlanması);
- Müvafiq Layihənin analiz edilməsi və müvafiq vaxt qrafiki və büdcənin hazırlanması;
- Xüsusi proqram vasitəsi ilə (Primavera və ya Ms. Project) iş Həcmi və son tarixləri əhatə edən Tikinti Layihə qrafikinin və mobilizasiya qrafikinin hazırlanması;
- Plan üzrə nəzərdə tutulmuş işlərdə gecikmələrin analizi;
- Gecikmələrin səbəblərinin müəyyən edilməsi və bu səbəblərin aradan qaldırılması üçün İnşaat mühəndisləri ilə müzakirələrin aparılması, gecikmələrin aradan qaldırılması üçün yenidən planın güncəllənməsi;
- İşlərin planlaşdırılmış büdcə və vaxt ərzində reallaşması üçün proqnozlaşdırma və ehtimalların dəyərləndirilməsi;
- Layihə üzrə material, işçi heyəti resurslarının müəyyən edilməsi və hesablanması, müvafiq hesabatların tərtibi və icrasına birbaşa nəzarət;
- Layihənin gedişatı əsasında günlük, həftəlik və aylıq hesabatların hazırlanması;
- Gecikmələrin Proqnozlaşdırılmasını həyata keçirir;
- Layihə Planlama Primavera P6 proqramını tərtib edir;
- Podratçıların apardığı işlərin plan qeydiyyat və plan işi üzrə işlərin görülməsinə nəzarət edir.
Tələblər
- Ali təhsil (İnşaat üzrə)
- Müvafiq sahə üzrə minumum 2 il iş təcrübəsi;
- İnnovativ standartlara uyğun işləməyi bacarmalı;
- MS Office (Word, Excel) proqramlarını yüksək səviyyədə bilməli;
- Primavera və ya MS Project proqramlarından birini yaxşı səviyyədə bilməli;
- Yüksək səviyyədə analitik-riyazi biliklər;
- Sənədləşdirmə və yazışma işlərini bacarmalı;
- İnşaat norma və qaydalarını bilməli;
- İşə planlı yanaşma, vaxtı idarəetmə bacarıqları;
- Komanda ilə işləmə və effektiv kommunikasiya bacarıqları;
- Azərbaycan dili səlis, rus və və ya ingilis dili biliyi üstünlükdür.
Əlavə məlumat
- Əməkhaqqı: namizədin bilik və bacarıqlarına görə müəyyən edilir.
- İş rejimi: 5 günlük iş qrafiki
- İş yeri: Melissa Group (Baş ofis)