Bakı,
Azərbaycan
03.11.2025 04:21
-
03.12.2025 12:00
İş haqqında məlumat
Planlama mühəndisi layihələrin vaxtında, keyfiyyətlə və səmərəli şəkildə icra olunmasını təmin edən mühəndislik mütəxəssisidir. O, layihə planlarının və iş qrafiklərinin hazırlanması, işlərin gedişatına nəzarət, resursların düzgün bölüşdürülməsi və layihə üzrə risklərin idarə olunması ilə məşğul olur. Planlama mühəndisi həmçinin görülən işlərin təhlilini aparır, gecikmələrin qarşısını almaq üçün tədbirlər planı hazırlayır və rəhbərliyə mütəmadi hesabatlar təqdim edir.
- Layihələrin planlaşdırılması və layihələrin ətraflı iş qrafiklərinin hazırlanması;
- Layihəni mərhələləri üzrə bölünməsi və bölmələr arasında əlaqələrin qurulmasını təmin etmək, icra müddətini hesablamaq və təsdiqlətmək;
- Mütəmadi olaraq layihənin effektivliyini izləmək və təhlil etmək;
- Layihə üzrə planlama iclaslarında iştirak etmək;
- Görülmüş işlər üzrə aylıq və həftəlik hesabatların formatını razılaşdırmaq və həmin hesabatları hazırlayıb Texniki departament və Layihə rəhbərlərinə ötürülməsi;
- Müddət və kənaraçıxmaların analizini etmək, proqnozlaşdırma, işlərin planlaşdırılmış vaxt ərzində reallaşması ehtimalını qiymətləndirməsi;
- Plan üzrə nəzərdə tutulmuş işlərdə gecikmələrin və icra risklərinin analizi;
- Gecikmələrin səbəblərinin müəyyən edilməsi və bu səbəblərin aradan qaldırılması üçün İnşaat mühəndisləri ilə müzakirə aparmaq, gecikən işləri yenidən planlanmaq;
- Layihənin “kritik yol” metodundan istifadə edərək irəliləyişın analizi və kritik yolda olan işlərin lazım olan təqdirdə paralel aparılması üçün başlanma vaxtının təyin edilməsi;
- Layihə üçün lazım olan texniki, mal-material və işçi qüvvəsini hesablamaq üçün smeta mühəndisləri ilə müzakirələr aparmaq;
- Layihədə istifadə olunan əsas materiallar və avadanlıqların icra qrafikinə uygun olaraq təchizat departamentinə əvvəlcədən məlumat vermək və sifarişlərin vaxtında çatdırılmasına nəzərət etmək;
- Yeni layihələrin dəyərləndirilməsi və tender prosesində iştirak etmək;
- Layihənin icrası zamanı texniki tələblərin dəyişdirilməsinə dair təkliflər və dəyişikliklərin təsirlərini analiz etmək.
Əmək şəraiti:
- Pozitiv və dəstəkləyici iş mühiti
- İş qrafiki: Bazar ertəsi – Cümə günü (5 gün)
- İş vaxtı: 09:00-18:00
- Əmək haqqı işçinin təcrübə və bacarıqlarına uyğun olaraq tərəflər arasında razılaşdırılır
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Planlama mühəndisi” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Tələblər
- Ali təhsil (İnşaat sahəsində);
- Müvafiq sahədə minimum 3 il iş təcrübəsi;
- MS Office (Word, Excel), AutoCad, Primavera, MS Project proqramlarını yüksək səviyyədə bilməli;
- Yüksək səviyyədə analitik-riyazi biliklər;
- Layihə planlaşdırması və idarəçiliyi sahəsində nəzəri və praktiki biliklər;
- Məsuliyyətli, punktual və komandada işləmə bacarığı;
- Azərbaycan dilində sərbəst, rus və ya ingilis dillərini bilməsi üstünlükdür.