Bakı,
Azərbaycan
15.08.2025 12:03
-
15.09.2025 12:00
İş haqqında məlumat
- Satış və bazar araşdırmasından gələn təxmini plan çərçivəsində həftəlik, aylıq və ya illik olmaqla istehsal planlamasını hazırlamalı;
- Planlanan məhsulun zamanında istehsala daxil olması üçün səy göstərməli;
- Əldə olan və yeni təmin edilən məhsulu stokda saxlayaraq doğru şəkildə paylanmasını həyata keçirtməli;
- Planlamaya daxil olan təxmini sifarişlərə görə daxili və xarici bazardan satınalma yolu ilə alınacaq məhsulları müəyyən edərək bağlı olduğu rəhbərə bildirməli;
- İstehsal olunmuş məhsulun stokunu təqib etməli və stokda əksilən məhsulların istehsal planını verməli;
- Kənardan alınan məhsulların müddətinə və istehsal həcminə görə stoku formalaşdırmalı;
- İstehsal proqramında olmayan, lakin təcili istehsal olunması lazım olan məhsulların istehsalını həyata keçirilməsi üçün səy göstərməli;
- Xüsusi kampaniyalar zamanı istehsal olunan məhsulların siyahısını hazırlayıb bağlı olduğu rəhbərinə təqdim etməlidir.
İş şərtlərimiz:
- İş qrafiki: Tam iş günü (5 gün);
- İş yeri: Aşıq Molla Cümə, 46C.
- İş saatı: 09:00-18:00
Biz nə təklif edirik:
- Əmək bazarında rəqabətli əməkhaqqı;
- Peşəkar komanda mühiti;
- Təlim və inkişaf imkanları;
- Şirkət hesabına korporativ nömrə;
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Planlama Mütəxəssisi” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Tələblər
- Microsoft proqramları (xüsusilə Excel) üzrə biliklər;
- Analitik düşünmə bacarığı;
- Komandada işləmə bacarığı;
- Yüksək ünsiyyət bacarıqları.
Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:
- Təhsil: Ali təhsilli (Sənaye mühəndisliyi, İqtisadiyyat və İdarəetmə sahələri üzrə);
- İş təcrübəsi: Sahə üzrə təcrübəsi min. 2 il (xüsusilə qənnadı sahəsində);
- Dil bilikləri: Azərbaycan dili yüksək səviyyədə, ingilis və rus dili biliyi arzuolunandır.