Planlama mütəxəssisi (Prefabrik dəmir-beton məmulatları üzrə)
Betonist
Ə/h razılaşma ilə
466
Tam iş günü
Bakı,
Azərbaycan
28/04/2026
-
12/05/2026
İş haqqında məlumat
- Layihə üzrə ümumi iş proqramının (master schedule) hazırlanması və təsdiq təqdim edilməsi
- Prefabrik beton məmulatlarının istehsalı, daşınması və montaj mərhələlərinin planlaşdırılması və koordinasiyası
- Sahədən daxil olan məlumatlar əsasında layihənin icra vəziyyətinin gündəlik analiz edilməsi
- Sahə komandalarından (usta, mühəndis, rəhbər heyət) alınan məlumatlar əsasında gündəlik hesabatların hazırlanması
- Layihə qrafiklərinin hazırlanması, yenilənməsi və izlənməsi (baseline vs actual müqayisəsi)
- Layihə üzrə gecikmələrin analiz edilməsi və bərpa planlarının hazırlanması (recovery plan)
- İstehsal, logistika və sahə komandaları ilə koordinasiyanın təmin edilməsi
- Material istehsalı və çatdırılması üzrə planların hazırlanması və izlənməsi
- Resursların (işçi qüvvəsi, texnika, material) istifadəsinin planlaşdırılması və optimallaşdırılması.
- Həftəlik və aylıq progress report və analitik hesabatların hazırlanması
- Layihə üzrə S-curve, gecikmə analizləri və KPI göstəricilərinin hazırlanması
- Podratçı və subpodratçıların təqdim etdiyi məlumatların təhlili və planlara uyğunluğunun yoxlanılması
- Layihə dəyişikliklərinin (change order) ümumi qrafikə təsirinin qiymətləndirilməsi
- Bütün planlama proseslərinin Microsoft Project, Primavera və ya Excel üzərindən idarə olunması
- Rəhbərlik üçün operativ qərarverməni dəstəkləyən analitik məlumatların hazırlanması
- Layihə sənədlərinin, qrafiklərin və hesabatların elektron qaydada sistemli arxivləşdirilməsi
- Müxtəlif şöbələrlə (istehsal, satınalma, logistika və s.) mütəmadi koordinasiya iclaslarının təşkili və idarə olunması
İş şəraiti
- İş yeri: Bakı şəhəri
- İş qrafiki: Tam ştat
- Əmək haqqı: Müsahibə əsasında təyin olunur
Biz sizə təklif edirik:
- Yüksək ixtisaslı mühəndis komandasında işləmək imkanı.
- Davamlı peşəkar inkişaf və təlim dəstəyi.
- Müxtəlif tipli layihələrdə (sənaye, ticarət və s.) iştirak imkanı.
- Rəqabətli əmək haqqı.
- Rahat və təhlükəsiz iş şəraiti.
- Karyera yüksəlişi perspektivi.
Tələblər
- Ali təhsil (İnşaat mühəndisliyi və ya əlaqəli sahə üzrə)
- Minimum 2-3 il planlama və ya layihə idarəetməsi sahəsində iş təcrübəsi
- Prefabrik beton, tikinti və ya sənaye layihələrində təcrübə üstünlükdür
- MS Excel, Microsoft Project və ya digər planlama proqramlarında işləmək bacarığı
- Analitik düşüncə və problemlərin operativ həlli bacarığı
- Yaxşı səviyyədə hesabat hazırlama və təqdimat bacarığı
- Komanda ilə işləmə və koordinasiya qabiliyyəti
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.
Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz! Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.