Q-STP

Planlama şöbəsinin rəhbəri

Q-STP
Ə/h razılaşma ilə
958
Tam iş günü
Bakı, Azərbaycan
21.10.2025 12:49 - 21.11.2025 12:00

İş haqqında məlumat

  • Şöbənin fəaliyyətini təşkil etmək və ona rəhbərlik etmək;
  • Tabeliyində olan əməkdaşlar arasında iş bölgüsü aparmaq, onların fəaliyyətini əlaqələndirmək, əmək, icra və xidmət intizamına riayət etmələrinə nəzarət etmək, fəaliyyətlərinə daimi nəzarət etmək və onların xidməti fəaliyyətini qiymətləndirmək;
  • Şöbəyə həvalə olunmuş vəzifələrin vaxtında və keyfiyyətlə həyata keçirilməsinə, qanunvericilik aktlarının və təşkilati-sərəncamverici sənədlərin vaxtında və lazımi səviyyədə icrasına nəzarət etmək;
  • İstehsal və təchizat imkanlarını nəzərə alaraq illik, aylıq və həftəlik istehsal planlarını formalaşdırmaq və rəhbərliyə təqdim etdmək;
  • Hər istehsal xətti üzrə yüklənmə balansını izləmək, resurslardan səmərəli istifadəni təmin etmək;
  • Plan və fakt göstəriciləri arasında fərqləri analiz etmək, səbəbləri müəyyənləşdirmək və düzəldici tədbirlər təklif etmək;
  • Müştəri sifarişlərini, istehsal gücünü, resurs mövcudluğunu və prioritetləri nəzərə alaraq istehsalat cədvəllərini tərtib etmək;
  • Məhsul istehsalı üçün tələb olunan xammal, material və aksesuarların vaxtında təmin edilməsini planlamaq və icrasını təmin etmək;
  • İstehsalatın hər mərhələsində planların düzgün icrasını təmin etmək və vaxtında düzəlişlər aparmaq;
  • Gecikmələr, ehtiyat çatışmazlıqları və ya istehsal dayanması kimi riskləri qabaqcadan təhlil etmək və qarşısını almaq;
  • İstehsalat, satış, təchizat və anbar ilə qarşılıqlı əlaqəni təmin etmək;
  • Planlama sistemini inkişaf etdirmək və istehsal modulu üzrə ERP sisteminə keçid prosesində aktiv iştirak etmək;
  • İstehsal gücü, resurs ehtiyacları və səmərəlilik üzrə aylıq hesabatları hazırlamaq;
  • Fəaliyyət istiqamətlərinə uyğun olaraq iş planı üzrə görülmüş işlər haqqında dövrlər üzrə statistik hesabatları hazırlamaq və üst rəhbərliyə təqdim etmək;
  • İş yeri: Sumqayıt şəhəri;
  • İş qrafiki: 5 günlük;
  • İş saatları : 08:30-17:30;
  • Əməkhaqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq müsahibə əsasında bildirələcək.

Tələblər

  • Ali təhsil (mühəndislik, menecment, iqtisadiyyat və ya əlaqəli sahələrdə);
  • Planlama sahəsində  3 il iş təcrübəsi (tekstil sahəsində təcrübə üstünlükdür);
  • Rəhbər vəzifədə ən azı 2 il iş təcrübəsi;
  • MS Excel proqramında yüksək səviyyədə biliklər; (1C proqramını bilməyi üstünlükdür);
  • Yüksək riyazi biliklərə malik olmaq;
  • Analitik düşüncə;
  • Sistemli planlama;
  • Vaxtın idarə edilməsi;
  • Məsuliyyət;
  • Təşkilatçılıq;
  • Ünsiyyət bacarığı;
  • Komanda qurma və idarəetmə bacarığı.