Titan Group

Planlama üzrə Baş Mütəxəssis

Titan Group
Ə/h razılaşma ilə
215
Tam iş günü
Bakı, Azərbaycan
05/08/2026 - 19/08/2026

İş haqqında məlumat

  • İstehsal planlarının hazırlanması və icrasına nəzarət etmək;
  • Sifarişlərə uyğun istehsal qrafiklərini tərtib etmək və istehsal prosesini koordinasiya etmək;
  • İstehsal gücü, xammal və resurs ehtiyaclarını planlaşdırmaq;
  • İstehsalın gedişatını gündəlik izləmək, gecikmələrin səbəblərini təhlil etmək və həll yolları təklif etmək;
  • Satınalma, anbar, istehsal və logistika şöbələri ilə koordinasiyalı işləmək;
  • Hazır məhsul və sifarişlərin icra vəziyyəti üzrə mütəmadi hesabatlar hazırlamaq;
  • İstehsalın səmərəliliyinin artırılması istiqamətində təkliflər vermək.

Şirkət tərəfindən təmin edilir:

  • Əmək haqqı müsabiqə əsasında;
  • Nahar;
  • Servis xidməti;
  • Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə;
  • Peşəkar inkişaf və karyera yüksəlişi imkanları.

İş yeri: Binə qəsəbəsi


 

Tələblər

  • Planlama, istehsalat və ya təchizat zəncirinin idarə edilməsi sahəsində minimum 3 il iş təcrübəsi;
  • Ali təhsil (Sənaye mühəndisliyi, Logistika, İqtisadiyyat, Menecment və ya əlaqəli ixtisaslar üzrə);
  • MS Excel proqramını yüksək səviyyədə bilmək;
  • ERP sistemləri ilə işləmək bacarığı (üstünlükdür);
  • Analitik düşünmə, planlaşdırma və problem həll etmə bacarığı;
  • Məsuliyyətli, operativ və komandada işləmək bacarığı.

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilərlər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun