Sumqayıt,
Azərbaycan
08/09/2026
-
08/10/2026
İş haqqında məlumat
İş yeri: Sumqayıt
Əsas vəzifələr:
- Müştəri sifarişləri əsasında istehsal planlarının hazırlanması prosesində iştirak etmək;
- Gündəlik, həftəlik və aylıq istehsal planlarının hazırlanmasına dəstək olmaq;
- İstehsal və təchizat proseslərinin planlaşdırılması və koordinasiyasında iştirak etmək;
- Xammal, yarımfabrikat və hazır məhsul ehtiyatlarını izləmək;
- Satış, istehsal, satınalma və logistika şöbələri ilə koordinasiyalı işləmək;
- İstehsal planlarının icrasını izləmək və yaranan uyğunsuzluqlar barədə məlumat vermək;
- Müvafiq hesabatların hazırlanmasına və məlumatların təhlilinə dəstək olmaq.
Tələblər
- Ali təhsil;
- İş təcrübəsi tələb olunmur – iş öyrədilir;
- MS Excel proqramında işləmək bacarığı;
- 1C 8.3 proqramı üzrə ilkin biliklərin olması üstünlükdür;
- Analitik düşünmə və məntiqi yanaşma bacarığı;
- Öyrənməyə və inkişaf etməyə həvəsli olmaq;
- Məsuliyyətli, diqqətli və operativ olmaq;
- Komandada işləmək və effektiv ünsiyyət bacarığı.
İş şəraiti:
💰 Əmək haqqı: Razılaşma yolu ilə
🍽️ Nahar: Şirkət tərəfindən təmin edilir
🚌 Servis: Sumqayıt daxili servis xidməti mövcuddur
İş vaxtı 08:00 / 17:00 ( 5 günlük iş qrafiki)
📩 CV-lərinizi [email protected] elektron poçt ünvanına göndərə bilərsiniz.
📞 Əlavə məlumat üçün: +994 50 251 14 55
📌 Mövzu hissəsində: “Planlama üzrə Kiçik Mütəxəssis” qeyd etməyiniz xahiş olunur.