ModulX

Planlama üzrə mühəndis

ModulX
Ə/h razılaşma ilə
1845
Tam iş günü
Bakı, Azərbaycan
25.09.2025 09:50 - 25.10.2025 12:00

İş haqqında məlumat

  • Tikinti layihələrinin ilkin və detallı zaman qrafiklərinin hazırlanması;
  • Layihənin mərhələlər üzrə planlaşdırılması və real vaxtda izlənməsi;
  • Layihə planlamasında beynəlxalq standartlara uyğun yanaşmanın tətbiqi;
  • Tikinti işlərinin planlaşdırılmış qrafikə uyğunluğunun monitorinqi;
  • Gündəlik, həftəlik və aylıq irəliləyiş hesabatlarının hazırlanması və rəhbərliyə təqdim olunması;
  • Gecikmə risklərinin təhlili və önləyici tədbirlərin təklif olunması;
  • Layihə menecerləri, sahə mühəndisləri və digər komandalarla sıx əməkdaşlıq;
  • Tərəfdaşlar və subpodratçılarla iş planlarının uyğunlaşdırılması;
  • İş həcminin düzgün planlanması və vaxtında icra üçün dəstəkləyici tədbirlərin görülməsi;
  • İşçi qüvvəsi, texnika və materialların optimal planlanması;
  • Resurs istifadəsinin effektivliyinin qiymətləndirilməsi və təkmilləşdirilməsi;
  • Potensial gecikmə səbəblərinin proqnozlaşdırılması və risklərin idarə olunması;
  • EOT (Extension of Time) analizlərinin və gecikmə hesabatlarının hazırlanması;
  • Primavera P6, Microsoft Project və digər planlama proqramlarında işləmək;
  • BIM, AutoCAD və digər mühəndislik proqramları ilə inteqrasiya imkanlarının araşdırılması;
  • Layihənin texniki sənədlərinə və tikinti normalarına uyğun planlaşdırılmasının təmin edilməsi;
  • Planlama prosesində müvafiq keyfiyyət və təhlükəsizlik standartlarına uyğunluğun təmin edilməsi;
  • Layihə çərçivəsində edilən dəyişikliklərin qrafikə və büdcəyə təsirinin təhlili;
  • Dəyişikliklərin sənədləşdirilməsi və qrafik yenilənmələrinin aparılması.

İş şərtləri:

  • İş günləri: 5 günlük iş qrafiki;
  • Nahar fasiləsi: 13:00 -14:00;
  • Əmək haqqı müsahibə əsasında təyin olunacaq.

CV-lərin elektron poçt ünvanına mövzu yerində "Planlama üzrə mühəndis” başlığı yazmaqla Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərilməsi xahiş olunur.

Qeyd: Tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.

Tələblər

  • Tikinti mühəndisliyi, inşaat mühəndisliyi, sənaye mühəndisliyi və ya əlaqəli sahə üzrə ali təhsil;
  • Tikinti sahəsində, xüsusilə planlama və layihə idarəetməsi üzrə minimum 3-5 il iş təcrübəsi;
  • Primavera P6 və Microsoft Project proqramlarında yüksək səviyyədə işləmə bacarığı;
  • AutoCAD, Excel və digər texniki proqramlarla işləmə bacarığı;
  • Layihə planlaması, iş qrafikləri (schedules), resurs planlaması və proqress hesabatlarının hazırlanmasında təcrübə;
  • Tikinti sahəsində beynəlxalq standartlar (PMI, FIDIC və s.) barədə biliklər;
  • Analitik düşünmə və problemlərin operativ həlli bacarığı;
  • Vaxtın idarə olunması və prioritetləşdirmə qabiliyyəti;;
  • Komanda ilə işləmə və koordinasiya bacarığı;
  • Güclü kommunikasiya və təqdimat bacarığı;
  • EOT (Extension of Time), risk təhlili və layihə dəyişikliklərinin idarə olunması üzrə təcrübə üstünlükdür;
  • Azərbaycan dilində sərbəst, ingilis və ya rus dillərindən birini bilmək üstünlük sayılır.


Oxşar vakansiyalar