STP Metal Structures

Planlama üzrə mühəndis

VLand Systems MMC
2000 - 2500 ₼
790
Tam iş günü
Sumqayıt, Azərbaycan
26/02/2026 - 12/03/2026

İş haqqında məlumat

  • Layihələr üzrə planlaşdırma (layihələr üzrə iş qrafiklərinin hazırlanması),
  • Müvafiq layihələr üzrə analizin aparılması, qrafik və büdcənin hazırlanması,
  • Xüsusi proqram vasitəsi ilə (Primavera və ya Ms. Project) iş həcmi və son tarixləri əhatə edən layihə qrafikinin və mobilizasiya qrafikinin hazırlanması,
  • Tender sənədlərinin hazırlanmasında iştirak etmək,
  • Plan üzrə nəzərdə tutulmuş işlərdə gecikmələrin analizini aparmaq,
  • Gecikmələrin səbəblərinin müəyyən edilməsi və bu səbəblərin aradan qaldırılması üçün mühəndislər ilə müzakirələrin aparılması, gecikmələrin aradan qaldırılması üçün yenidən planın güncəllənməsi,
  • İşlərin planlaşdırılmış büdcə və vaxt ərzində reallaşması üçün proqnozlaşdırma və ehtimalların dəyərləndirilməsi,
  • Layihə üzrə material, işçi heyəti resurslarının müəyyən edilməsi və hesablanması, müvafiq hesabatların tərtibi və icrasına birbaşa nəzarət etmək,
  • Layihənin gedişatı əsasında günlük, həftəlik və aylıq hesabatların hazırlanması.

İş şəraiti:

  • 5 günlük iş qrafiki;
  • İş yeri: Sumqayıt şəhəri;
  • Korporativ nömrə;
  • Nahar və nəqliyyat şirkət tərəfindən təmin olunur;
  • Əmək haqqı: 2000-2500 AZN NET

Tələblər

  • Mühəndislik sahəsində ali təhsil,
  • Proqram bilikləri: Microsoft Office (excel bilikləri çox yaxşı səviyyədə), Primavera və ya Ms. Project, 
  • Müvafiq sahədə ən azı 2-3 il təcrübə,
  • Məsuliyyətlilik, qərar vermə və problem həll etmə, planlaşdırmaq və təşkil etmək, komandada işləmək bacarıqları,
  • Azərbaycan dili əla səviyyədə, ingilis və rus dili üstünlükdür.

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.