Bakı,
Azərbaycan
24/07/2026
-
24/08/2026
İş haqqında məlumat
- "FABRİORA GROUP" MMC ölkəmizdə müasir texnologiyalar əsasında "PREDO", "MİNİ BOSS" markalı uşaq bezləri, "LA LUNA" markalı mətbəx dəsmalları, tualet kağızları, stolüstü salfetlər, toz yuyucu vasitələr, maye yuyucular, nəm salfetlər və digər gigiyenik məhsullar istehsal edən aparıcı yerli müəssisələrdən biridir.
Biz dinamik böyüyən komandamıza istehsalat proseslərinin daha effektiv təşkili üçün Planlama üzrə mütəxəssis axtarırıq!
Vəzifə və Öhdəliklər:
- Təchizat və istehsalat tədqiqatları əsasında müəyyən edilmiş məlumatlara əsaslanaraq tələb planlaşdırılmasının həyata keçirilməsi;
- Xammal və material hissələrinin təslimatına və hazır məhsulların satış planına uyğun olaraq sifarişlərin formalaşmasının təmin edilməsi;
- Hazır məhsul, xammal və material qalıqlarına istehsal və satış planı əsasında nəzarət olunması;
- Tələb və istehsalın aylıq plan və fakt analizinin tərtib edilməsi;
- Planlamanın effektivliyini təmin etmək və riskləri aradan qaldırmaq məqsədilə daima müvafiq təkliflərin hazırlanıb rəhbərliyə təqdim edilməsi;
- Açılmış tələb və sifarişlərin qarşılanma səviyyəsinə nəzarət edilməsi;
- Rəhbərliyə aylıq, rüblük və illik hesabatların hazırlanıb təqdim edilməsi.
İş şəraiti və təkliflərimiz
- Əməkhaqqı: İlkin 1200 AZN (net/rəsmi) Artım nəzərdə tutulur.
- İş rejimi: 6 günlük iş həftəsi
- Qidalanma: Nahar şirkət tərəfindən verilir
- Nəqliyyat: Servis xidməti təşkil olunur
- Rəsmiləşdirmə: AR Əmək Məcəlləsinə uyğun rəsmi əmək muqaviləsi, Sabit, uzunmüddətli və perspektivli iş mühiti
- İş yerinin ünvanı: AZ 1083, Bakı şəhəri, Qaradağ rayonu, Salyan şosesi 25
Tələblər
- Cins: Bəy namizədlər
- Təhsil: Ali təhsil
- Təcrübə: İstehsalat və ya təchizat zəncirində planlama sahəsi üzrə iş təcrübəsi
- Proqram bilikləri: MS Excel (yüksək səviyyədə) və ERP sistemləri (1C və s.) ilə işləmək bacarığı
- Analitik təfəkkür, detallara diqqət, dəqiqlik və hesabatlıq bacarığı
- Komandada işləmək və gərgin iş rejimində operativ qərarlar qəbul etmək qabiliyyəti
Müraciət qaydası:
- Tələblərə cavab verən namizədlər CV-lərini təqdim olunan elektron poçt ünvanına göndərə, zəng edə və ya WhatsApp vasitəsilə əlaqə saxlaya bilərlər.
- E-poçt: [email protected]
- Əlaqə nömrəsi / WhatsApp: 077 223 10 11 (Rövşən Kərimov)
Mövzu hissəsi: E-poçt vasitəsilə müraciət edərkən məktubun mövzu yerində "Planlama üzrə mütəxəssis" qeyd olunması mütləqdir.