Bakı,
Azərbaycan
29/07/2026
-
29/08/2026
İş haqqında məlumat
- Müştəri sifarişləri əsasında aylıq, həftəlik və gündəlik istehsal planlarının hazırlanması;
- İstehsal və təchizat proseslərinin planlaşdırılması və koordinasiyasının təmin edilməsi;
- Xammal, yarımfabrikat və hazır məhsul ehtiyatlarının izlənilməsi, stok səviyyəsinə nəzarət edilməsi;
- Satış, istehsal, satınalma və logistika şöbələri arasında koordinasiyanın təmin edilməsi;
- İstehsal gücü, sifariş həcmi və satış proqnozları əsasında istehsal planlarının optimallaşdırılması;
- İstehsal göstəricilərinin təhlili, hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi;
- Planların icrasına nəzarət etmək, gecikmə və uyğunsuzluqları təhlil edərək həll yolları təklif etmək.
İş şəraiti:
- Əmək haqqı – razılaşma yolu ilə;
- Nahar şirkət tərəfindən təmin edilir;
- Sumqayıt daxili servis xidməti mövcuddur.
Tələblər
- Ali təhsil;
- Excel və 1C 8.3 proqramlarında yüksək səviyyədə işləmək bacarığı;
- Planlama və ya istehsalat sahəsində minimum 2 il iş təcrübəsi;
- Analitik düşünmə, planlaşdırma və problem həll etmə bacarığı;
- Məlumatların təhlili və hesabatların hazırlanması bacarığı;
- Detallara diqqətli, məsuliyyətli və operativ olmaq;
- Komandada işləmək və effektiv ünsiyyət bacarığı.
CV-lərinizi [email protected] elektron poçt ünvanına göndərə və ya 050 251 14 55 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.
Mövzu hissəsində: "Planlama üzrə Mütəxəssis" qeyd etməyiniz xahiş olunur.