STP Metal Structures

Plazma üzrə operator

VLand Systems MMC
1000 ₼
516
Tam iş günü
Sumqayıt, Azərbaycan
03/03/2026 - 17/03/2026

İş haqqında məlumat

  • Metal və digər hissələrin lazımi ölçüdə Plazma dəzgahında kəsilməsini təmin edir,
  • İşdən əvvəl dəzgahı yoxlayır və nizamlayır,  
  • İşləyən avadanlıqların nəzarətsiz qalmamasını təmin edir,
  • İstehsalat təlimatlarına ciddi riayət etməlidir,
  • CNC dəzgahının iş keyfiyyətinin davamlı monitorinqi və aşkar edilmiş problemlər 
  • barədə iş icraçısına  məlumat verir,
  • Dəzgah  tərəfindən kəsilən məhsulların keyfiyyətinə nəzarət edir,
  • Texniki qaz balonlarının təhlükəsiz yerləşməsini təmin edir,
  • Ucluqları metalın qalınlığına görə seçir,
  • İş yerində nizam-intizama, texnoloji və yanğın təhlükəsizliyi standartlarına və xüsusi geyim və FMV-dən istifadə qaydalarına əməl edir, 
  • Avadanlıqların işində qüsur olduqda, texnoloji rejim pozulduqda, iş yerində bədbəxt hadisə baş verdikdə iş icraçısına məlumat verir.

İş şəraiti:

  • 5 günlük iş qrafiki, 08:00-17:00 iş saatları,
  • İş yeri: Sumqayıt şəhəri,
  • Nahar və nəqliyyat şirkət tərəfindən təmin olunur,
  • Əmək haqqı: 1000 AZN NET

Tələblər

  • Plazma kəsim sahəsində minimum 1-3 il iş təcrübəsi,
  • Texniki çertyojları oxuma bacarığı,
  • Ölçü alətləri ilə işləmə bacarığı,
  • Metal növləri və qalınlıqları barədə bilik,
  • Məsuliyyətli, diqqətli və intizamlı olmaq,
  • Komandada işləmə bacarığı.

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.