AYTA LTD MMC

PR menecer

AYTA LTD MMC
Ə/h razılaşma ilə
1254
Tam iş günü
Bakı, Azərbaycan
10.06.2025 10:49 - 10.07.2025 12:00

İş haqqında məlumat

  • Şirkət brendini təbliğ etmək məqsədilə PR strategiyaları hazırlamaq və həyata keçirilməsini təmin etmək;
  • Hədəf kütlə gözləmələrini ölçməyə istiqamətli ictimaiyyət araşdırmaların icra edilməsi;
  • Şirkətin hədəf, məhsul və ya xidmətlərini tanıtmaq üçün strategiyaların inkişaf etdirilməsi;
  • Mediada kifayət qədər izləyici kütləsi olan nümayəndələr, influencerlər və digər əsas maraqlı tərəflərlə əlaqələr qurmaq və onları inkişaf etdirmək;
  • Media sorğularını müntəzəm və dəqiqliklə cavablandırmaq, böhran anlarında kommunikasiya idarəetməsini təmin etmək;
  • Media fəaliyyətlərinin proqramlaşdırılması;
  • Marketinq fəaliyyətlərini təkmilləşdirmək üçün təkliflər hazırlamaq;
  • Brendin ümumi vizual və mətn üslubunun qurulması və qorunması;
  • Tədbirlər üçün video və fotoların çəkilişlərini təşkil etmək və media planları ilə əlaqədar işləri həyata keçirmək;
  • Daxili və xarici maraqlı tərəflərlə kommunikasiya və əməkdaşlığı təmin etmək;
  • Yaradıcı marketinq kampaniyaları üçün ideyalar hazırlamaq və beyin fırtınası sessiyaları keçirmək;
  • Sosial media hesablarının aktiv olaraq idarə olunmasının təmin edilməsi;
  • Web saytlar üçün çıxarılan məzmunların nəzarət və idarə edilməsi
  • Vəzifə öhdəliklərini və rəhbərlik tərəfindən verilən şifahi və yazılı tapşırıqları icra etmək;
  • İş qrafiki: həftənin 6 günü (bazar ertəsi-şənbə) saat 09:00-dan 17:00-dək;
  • İş rejimi: 6 iş günü ;
  • İş qrafiki: saat 10 00-18 00.

Tələblər

  • PR, Marketinq, Kommunikasiya, Jurnalistika və ya oxşar sahələr üzrə bakalavr və ya magistratura dərəcəsi;
  • PR, media menecmenti və ya marketinq sahəsində minimum 2 il təcrübə;
  • Yeniliklərə açıq, diqqətli və təşkilatçılıq qabiliyyəti yüksək, güclü layihə idarəetmə bacarığına sahib;
  • Azərbaycan, rus və ingilis dillərində axıcı danışıq və savadlı yazı qabiliyyəti;
  • Komanda ilə işləmək və müxtəlif şöbələrlə əməkdaşlıq bacarığı;
  • Təşəbbüskar və nəticə yönümlü olmaq;
  • Davamlı, çevik və məsuliyyətli kommunikasiya situasiyalarında özünü itirməyən.