Respublika Diaqnostika Mərkəzi

PR üzrə mütəxəssis

Respublika Diaqnostika Mərkəzi
Ə/h razılaşma ilə
1641
Tam iş günü
Bakı, Azərbaycan
13.08.2025 04:00 - 13.09.2025 12:00

İş haqqında məlumat

  • Çıxışlar, məqalələr, press-relizlər və digər PR məzmunlarının hazırlanmasında iştirak;
  • Hospitalın ictimaiyyətlə əlaqələr fəaliyyətlərinə dəstək vermək;
  • Sosial media üçün yaradıcı və cəlbedici kontentlər hazırlamaq;
  • Reklam mətnləri, sloqanlar və digər marketinq materiallarının yazılması və redaktəsi;
  • Briflərə əsaslanaraq yazılı kontent hazırlayıb təqdim etmək;
  • Post mətnlərini yazmaq və dizayn, videoqraf komandaları ilə koordinasiya etmək;
  • Kreativ rubrikalar və kampaniya ideyalarının hazırlanması;
  • Media, dövlət qurumları və tərəfdaşlarla əlaqə qurmaq;
  • Mətbuatı gündəlik izləmək;
  • Rəhbərliyin tapşırıqları üzrə digər istiqamətlərdə fəaliyyətlər həyata keçirmək.
  • İş şəraiti: daxili;
  • Əmək haqqı müsahibə əsasında müəyyənləşdiriləcək, namizədin bilik və bacarıqlarına əsasən təyin olunacaq;
  • İş rejimi həftənin 6 günü (09:00 – 17:00), Şənbə günü qısa iş günü (09:00-13:00);
  • Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə.

Başlıq: maraqlanan namizədlər CV-ləri “PR üzrə mütəxəssis” başlığı altında [email protected] elektron poçt ünvanına göndərə bilərlər.


 

Tələblər

  • Ali təhsil (Jurnalistika, marketinq və s üzrə üstünlükdür);
  • İctimaiyyətlə əlaqələr, jurnalistika və ya marketinq sahəsində minimum 2 il iş təcrübəsi;
  • Azərbaycan dilində mükəmməl yazılı və şifahi ünsiyyət bacarığı; Rus dili biliyi;
  • İngilis dilini bilmək əlavə üstünlükdür;
  • Orfoqrafik yazı qaydalarını mükəmməl bilmək;
  • Analitik təhlil və proqnozlaşdırma bacarığı;
  • Kommunikasiya və təqdimat bacarığı;
  • Operativlik, dəqiqlik və yüksək icraçılıq qabiliyyəti;
  • Tibb sahəsində iş təcrübəsi üstünlükdür.