hrin.az
Reklam
Park Cinema

PR və SMM Meneceri

Park Cinema

Əmək haqqı: 1500 ₼

557913 noyabr 2026
Təcrübə1 ilə qədər
İş qrafikiTam iş günü
ŞəhərBakı
CinsFərq etməz
YaşYaş fərqi yoxdur
Kompüter bilikləriOrta
TəhsilÜmumi-orta
Azərbaycan diliƏla
Rus diliBaşlanğıc
İngilis diliBaşlanğıc

İş haqqında

Vəzifə öhdəlikləri

PR istiqaməti:

  • Şirkətin ictimaiyyətlə əlaqələr strategiyasının hazırlanması və həyata keçirilməsi;
  • Şirkətin müsbət imicinin və brend nüfuzunun qorunması və inkişaf etdirilməsi;
  • Media nümayəndələri, bloggerlər, influencerlər və tərəfdaşlarla əlaqələrin qurulması və idarə olunması;
  • Mətbuat açıqlamaları, press-relizlər və rəsmi məlumatların hazırlanması;
  • Yeni filmlərin premyeraları, xüsusi nümayişlər və digər tədbirlərin PR planının hazırlanması və icrası;
  • Reklam və kommunikasiya kampaniyalarının təşkili;
  • Şirkətin tədbirlərdə və ictimai platformalarda təmsil olunmasının təmin edilməsi;
  • Media və ictimaiyyət rəylərinin izlənilməsi, reputasiya risklərinin idarə olunması.

SMM istiqaməti:

  • Şirkətin sosial media hesablarının (Instagram, Facebook, TikTok və digər platformalar) idarə olunması;
  • Aylıq və həftəlik kontent planlarının hazırlanması və icrası;
  • Sosial media üçün kreativ ideyaların, mətnlərin və paylaşım konseptlərinin hazırlanması;
  • Film təqdimatları, premyeralar, kampaniyalar və xüsusi təkliflər üzrə kontentlərin hazırlanmasının təşkili;
  • Foto və video çəkilişlərinin planlaşdırılması və koordinasiyası;
  • Reels, Stories və digər sosial media formatları üzrə kontentlərin hazırlanması;
  • Sosial media auditoriyası ilə kommunikasiyanın qurulması, mesaj və şərhlərin idarə olunması;
  • Sosial media statistikalarının və reklam kampaniyalarının nəticələrinin təhlili;
  • İzləyici sayının, əhatə dairəsinin və sosial media aktivliyinin artırılması istiqamətində tədbirlərin görülməsi;
  • SMM və rəqəmsal reklam fəaliyyətlərinin effektivliyinin qiymətləndirilməsi.

Namizədə tələblər

  • PR, SMM, Marketinq və ya müvafiq sahə üzrə iş təcrübəsi;
  • Sosial media platformalarının idarə olunması üzrə praktiki biliklər;
  • Kreativ düşünmə və kontent ideyaları yaratmaq bacarığı;
  • Azərbaycan dilində yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı;
  • Rus və ingilis dillərini bilmək arzuolunandır;
  • Canva, CapCut və digər kontent hazırlama proqramları ilə işləmək bacarığı;
  • Foto və video çəkiliş proseslərini koordinasiya etmək bacarığı;
  • Analitik düşüncə, təşkilatçılıq və komanda ilə işləmək bacarığı;
  • Operativ, məsuliyyətli və nəticəyönümlü olmaq.

Təklif edirik

  • 1 500 AZN NET əmək haqqı;
  • Kreativ və dinamik iş mühiti;
  • Böyük auditoriyaya malik tanınmış brendlə işləmək imkanı;
  • Peşəkar inkişaf və karyera perspektivi.
Reklam