Bakı,
Azərbaycan
21.10.2025 14:11
-
21.11.2025 12:00
İş haqqında məlumat
- Şirkətin məhsul və xidmətlərini müştərilərə təqdim və nümayiş etdirmək;
- Satış komandası ilə birlikdə texniki və kommersiya təkliflərinin hazırlanmasında iştirak etmək;
- Tender sənədlərinin hazırlanması, qiymət formalaşdırılması və təqdim olunmasına nəzarət etmək;
- Tender və satınalma qaydalarını bilmək və müvafiq sənədlərlə işləmək;
- IT məhsulları və texnologiyaları üzrə bazar araşdırması aparmaq, texniki spesifikasiyaları oxuyub anlamaq;
- Rəqiblərin təhlilini aparmaq, bazar trendlərini izləmək və təkliflər formalaşdırmaq;
- Müştərilərlə mütəmadi əlaqə saxlamaq və sorğulara vaxtında cavab vermək;
- Satış prosesinin bütün mərhələlərində iştirak etmək və hesabatlılıq təmin etmək.
İş rejimi:
- Həftə içi: 09:00 dan – 18:00 dək;
- Şənbə günü: 09:00 dan – 13:00 dək;
- Əmək haqqı: Razılaşma yolu ilə müəyyən olunur. (500-700 Azn).
Tələblər
- Ali təhsil (texniki və ya iqtisadi sahə üstünlükdür);
- Presales və ya texniki satış sahəsində təcrübə tender və IT sahəsində minimum 1 il iş təcrübəsi;
- IT avadanlıqları, proqram təminatı və şəbəkə texnologiyaları haqqında əsas biliklər;
- Azərbaycan dilində səlis, rus və ya ingilis dillərində oxuma-yazma bacarığı üstünlükdür;
- MS Office və digər ofis proqramlarında sərbəst işləmək bacarığı;
- Analitik düşünmə, diqqətlilik və komandada işləmək qabiliyyəti;
- Yüksək ünsiyyət və təqdimat bacarıqları.