Business İnsight

Project Coordinator (Müştəri Loyallığı Departamentində)

Business İnsight
Ə/h razılaşma ilə
3617
Tam iş günü
Bakı, Azərbaycan
28/01/2026 - 11/02/2026

İş haqqında məlumat

  • Tədbirlərin təşkil olunması və idarəolunması;
  • Tədbirlərdə məruzələrin və çıxışların olunması;
  • Layihə mərhələlərinin və resursların idarəolunması;
  • Bölgə üzrə təyin olunmuş nümayəndələrlə əlaqə saxlamaq, mövcud vəziyyətlə maraqlanmaq;
  • Layihələrin idarəolunması zamanı, zəruri hallarda part-time əməkdaşların cəlb olunması və işlərinə nəzarət;
  • Müştəri loyallığı layihəsində koordinasiyanın və kommunikasiyanın effketiv  təşkil olunması;
  • Layihənin inkişafı və regional olaraq böyüdülməsi məqsədilə, səfərlərin təşkil olunması və ezamiyyətlər;
  • Müştərilərlə və dilerlərlə görüşlərin təşkil olunması və birbaşa işitrak;
  • Layihəyə yeni müştərilərin cəlb olunması;
  • Görülən işlərə və icra olunmuş layihələrə dair hesabatların rəhbərliyə təqdim olunması.

İş şəraiti:

  • Öyrədici və inkişafameyilli iş mühiti. 
  • Əmək qanunvericiliyinə uyğun sənədləşdirmə;
  • İş vaxtı həftədə 6 gün;
  • Əmək haqqı namizədin işləmək istəyinə, bacarıqlarına və qoyulan tələbləri qarşılamasına görə müəyyən ediləcək.

Tələblər

  • Kişi namizədlər;
  • Ali təhsil;
  • Yaş həddi: 25-35;
  • Microsoft proqramlarında işləmək bacarığı;
  • Yüksək səviyyədə ünsiyyət və təşkilatçılıq bacarığı;
  • Müştəri loyallığı və mobil tətbiq layihələrində təcrübə arzuolunandır;
  • Komandada işləmək bacarığı;
  • Ölkədaxili ezamiyyətlərə açıq olmaq. 
  • Təşəbbüskarlığın, özgüvənin və çalışma istəyinin yüksək olması. 

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.