Bakı,
Azərbaycan
17/02/2026
-
03/03/2026
İş haqqında məlumat
- Layihələrin brifdən yekun hesabatadək idarə olunması
- Vaxt qrafiki, büdcə və resursların koordinasiyası
- Müştərilərlə effektiv kommunikasiya və əlaqələrin inkişafı
- Kreativ, SMM, prodakşn və performance komandalarına tapşırıqların verilməsi
- Kreativ, kontent və reklam kampaniyalarının keyfiyyətinə nəzarət
- Strategiyaların, xüsusi layihələrin və launch proseslərinin hazırlanmasında iştirak
- Təqdimatların hazırlanması və müştərilər qarşısında müdafiəsi
- İnfluencerlər, podratçılar və media platformaları ilə iş
Nə əldə edəcəksiniz
- Güclü lokal və beynəlxalq brendlərlə işləmək imkanı
- Böyük reklam kampaniyalarında və xüsusi layihələrdə iştirak
- Geniş media ekosisteminə çıxış: TV, digital, outdoor, influencer bazarı
- Formal koordinator deyil, real idarəedici rol təcrübəsi
- Sürətli peşəkar inkişaf və liderlik bacarıqlarının formalaşması
- Güclü kreativ komanda ilə iş: prodakşn, dizayn, targetinq, strategiya
- Qərarlara təsir etmək və layihələrin inkişafında aktiv rol almaq
- Böyük və real layihələrdən ibarət portfel formalaşdırmaq
Sharaf Media — tam xidmət göstərən kreativ marketinq agentliyidir. Biz strategiya, prodakşn, digital və medianı birləşdirərək işləyən və yadda qalan kampaniyalar yaradırıq.
Layihələri sadəcə müşayiət etmək yox, idarə etmək istəyirsinizsə — komandamıza qoşulun.
İş rejimi və ünvan:
- Ünvan: Azure Business Center, 10-cu mərtəbə
- İş saatları: 09:00–18:00
- İstirahət günləri: Şənbə və bazar günləri, həmçinin dövlət tərəfindən elan olunmuş rəsmi qeyri-iş günləri
- Əmək Haqqı: Təcrübənizə və gözləntilərinizə uyğun, rəqabətədavamlı əməkhaqqı təklif olunur.
Tələblər
- Marketinq, digital və ya reklam sahəsində Project / Account Manager kimi iş təcrübəsi
- Güclü kommunikasiya və danışıqlar bacarıqları
- Struktur düşüncə və prioritetləşdirmə qabiliyyəti
- Eyni anda bir neçə layihəni idarə etmək bacarığı
- Digital alətlərin anlayışı: SMM, performance, prodakşn, influencer marketing
- Müstəqillik, təşəbbüskarlıq və liderlik yanaşması
- Qərar vermə və məsuliyyət götürmə bacarığı
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.
Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz! Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.