Rəqəmsal Səhiyyə Mərkəzi

Project Manager (TMK)

Rəqəmsal Səhiyyə Mərkəzi
1000 - 1500 ₼
733
Tam iş günü
Bakı, Azərbaycan
01/04/2026 - 15/04/2026

İş haqqında məlumat

  • Layihə menecerinə layihə planlarının hazırlanmasında, mərhələlərin müəyyən edilməsində və vaxt cədvəllərinin tərtibində yardım etmək.
  • Layihənin gedişatına dair gündəlik, həftəlik və aylıq hesabatların hazırlanması.
  • Məsul şəxslərdən məlumat toplayaraq layihə statusunun yenilənməsini təmin etmək.
  • Layihə komandası, daxili şöbələr və podratçılar arasında əlaqələndirməni təmin etmək.
  • Görüşlərin təşkili, protokolların hazırlanması və icra olunmasına nəzarət.
  • Layihə ilə bağlı yazışmaların aparılması və maraqlı tərəflərlə əlaqələrin saxlanması.
  • Layihə prosesində yaranan risklərin və problemlərin qeydiyyatını aparmaq, onların aradan qaldırılması üzrə təkliflər vermək.
  • Microsoft Project, Jira,Azure Devops və ya digər layihə idarəetmə proqramlarında məlumatların daxil edilməsi və yenilənməsi.
  • Layihə göstəricilərinin (KPI, vaxt, büdcə, nəticə və s.) izlənməsi.
  • Hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi.

İş şəraiti:

  • İş qrafiki: 5 günlük iş həftəsi
  • İş vaxtı: 09.00-dan 18.00-kimi

Əmək haqqı:

  • Başlanğıc aylıq məvacib 1000-1500 manat təşkil edir (Müsahibə əsasında namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin olunacaq)
  • AR Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat

Tələblər

  • Təhsil : Ali təhsil
  • İş təcrübəsi : 1 ildən 3 ilə kimi

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.