Bakı,
Azərbaycan
14.10.2025 09:38
-
14.11.2025 12:00
İş haqqında məlumat
- Daxil olan müraciətlərin (telefon, elektron poçt, daxili sistemlər) operativ şəkildə qəbul edilməsi və emalı;
- Proqram təminatı ilə bağlı yaranmış nasazlıqların ilkin texniki təhlilinin aparılması və mürəkkəb halların aidiyyəti üzrə mütəxəssislərə yönləndirilməsi;
- İstifadəçilərə gündəlik proqram təminatından istifadə zamanı texniki dəstəyin
göstərilməsi (yerində və ya uzaqdan bağlantı vasitəsilə); - Tez-tez rast gəlinən texniki problemlərin və onların həlli yollarının sənədləşdirilməsi (FAQ, prosedurlar, kömək materialları);
- Dəstək fəaliyyəti üzrə statistik məlumatların və dövri hesabatların hazırlanaraq şöbə rəhbərinə təqdim olunması;
- Proqram təminatının fasiləsiz işləməsinin monitorinqi, nasazlıqların vaxtında
aşkarlanması və ilkin tədbirlərin görülməsi.
İş şəraiti:
- İş rejimi: Tam ştat
- Əmək haqqı: 539 AZN
- İş yeri: Bakı şəhəri, Nərimanov rayonu
Yuxarıda göstərilən tələblərə cavab verən namizədlərdən mövzu hissəsində “Proqram Layihəsinə Dəstək üzrə Mütəxəssis” qeyd etməklə CV-ni [email protected] elektron ünvanına göndərmələri xahiş olunur.
Əlavə suallar üçün 055-455-58-70 (WhatsApp) nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.
Tələblər
- Ali təhsili (İnformasiya texnologiyaları, kompüter elmləri, sistem mühəndisliyi və ya müvafiq sahələr üzrə);
- MS Office proqramları və SQL üzrə biliklər; ERP, sənəd dövriyyəsi, CRM və digər daxili tətbiqlərlə iş təcrübəsi üstünlük sayılır;
- İngilis və/ya rus dili biliyi (texniki sənədlərlə işləmək bacarığı);
- AnyDesk, TeamViewer, Remote Desktop və digər uzaqdan bağlantı vasitələri ilə işləmək bacarığı;
- Texniki dəstək sistemlərində müraciətlərin qeydiyyatı və izlənməsi təcrübəsi;
- Yüksək məsuliyyət, diqqət və detallara həssas yanaşma;
- Komanda ilə işləmək və eyni zamanda çoxsaylı müraciətləri idarə etmək bacarığı;
- İstifadəçi yönümlü yanaşma və yüksək xidmət mədəniyyəti.