AzəriMed QSC

Proqram Layihəsinə Dəstək üzrə Mütəxəssis

AzəriMed MMC
527 - 700 ₼
196
Tam iş günü
Bakı, Azərbaycan
11/09/2026 - 11/10/2026

İş haqqında məlumat

•    Daxil olan müraciətlərin (telefon, elektron poçt, daxili sistemlər) operativ şəkildə qəbul edilməsi və emalı;
•    Proqram təminatı ilə bağlı yaranmış nasazlıqların ilkin texniki təhlilinin aparılması və mürəkkəb halların aidiyyəti üzrə mütəxəssislərə yönləndirilməsi;
•    İstifadəçilərə gündəlik proqram təminatından istifadə zamanı texniki dəstəyin göstərilməsi (yerində və ya uzaqdan bağlantı vasitəsilə);
•    Tez-tez rast gəlinən texniki problemlərin və onların həlli yollarının sənədləşdirilməsi (FAQ, prosedurlar, kömək materialları);
•    Dəstək fəaliyyəti üzrə statistik məlumatların və dövri hesabatların hazırlanaraq şöbə rəhbərinə təqdim olunması;
•    Proqram təminatının fasiləsiz işləməsinin monitorinqi, nasazlıqların vaxtında aşkarlanması və ilkin tədbirlərin görülməsi.
 

Tələblər

•    Ali təhsili (İnformasiya texnologiyaları, kompüter elmləri, sistem mühəndisliyi və ya müvafiq sahələr üzrə);
•    MS Office proqramları və SQL üzrə biliklər; ERP, sənəd dövriyyəsi, CRM və digər daxili tətbiqlərlə iş təcrübəsi üstünlük sayılır;
•    İngilis və/ya rus dili biliyi (texniki sənədlərlə işləmək bacarığı);
•    AnyDesk, TeamViewer, Remote Desktop və digər uzaqdan bağlantı vasitələri ilə işləmək bacarığı;
•    Texniki dəstək sistemlərində müraciətlərin qeydiyyatı və izlənməsi təcrübəsi;
•    Yüksək məsuliyyət, diqqət və detallara həssas yanaşma;
•    Komanda ilə işləmək və eyni zamanda çoxsaylı müraciətləri idarə etmək bacarığı;
•    İstifadəçi yönümlü yanaşma və yüksək xidmət mədəniyyəti.

İş şəraiti:

  • İş rejimi: Tam ştat
  • Yaş həddi: 20–30 yaş;
  • Əmək haqqı: 527 AZN-700 AZN  (Artan əmək haqqıdır)
  • İş yeri: Bakı şəhəri, Nərimanov rayonu

Yuxarıda göstərilən tələblərə cavab verən namizədlərdən mövzu hissəsində “Proqram Layihəsinə Dəstək üzrə Mütəxəssis” qeyd etməklə CV-ni [email protected] elektron ünvanına göndərmələri xahiş olunur.
Əlavə suallar üçün 055-440-74-04 (WhatsApp) nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.