CasPos MMC

Proqram təminatı üzrə satış mütəxəssisi

CasPos MMC
Ə/h razılaşma ilə
327
Tam iş günü
Bakı, Azərbaycan
03.10.2025 04:33 - 03.11.2025 12:00

İş haqqında məlumat

  • Şirkətin proqram təminatları (ERP, Bulud həlləri və s.) barədə mövcud və potensial müştərilərə təqdimatlar etmək;
  • Müştərilərlə görüşlər (online və oflayn) keçirmək, demo təqdimatlar aparmaq;
  • Yeni müştəriləri cəlb etmək, mövcud müştəri bazası ilə əlaqələri qoruyub inkişaf etdirmək;
  • Müştəri ehtiyaclarını analiz edib uyğun proqram həllərini təklif etmək;
  • Qarşıya qoyulmuş satış hədəflərini icra etmək və nəticələr barədə hesabat vermək;
  • Müştəri məmnuniyyətini yüksək səviyyədə təmin etmək;
  • Tenderlər və kommersiya təklifləri hazırlamaq, müqavilələrin bağlanmasında iştirak etmək;
  • Satış prosesini CRM üzərindən idarə etmək və satış mərhələlərini izləmək;
  • Rəhbərliyin tapşırıqlarını vaxtında icra etmək və hesabatlılıq təmin etmək.

Əlavə məlumatlar:

  • Əmək haqqı: Razılaşma yolu ilə;
  • İş qrafiki: 5 günlük, 09:00–18:00;
  • Korporativ nömrə və danışıq balansı təmin edilir;
  • Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə.

Qeyd olunan tələblərə cavab verən namizədlərdən CV-lərini Subject/Mövzu hissəsində “Proqram təminatı üzrə satış mütəxəssisi” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Tələblər

  • Ali təhsil;
  • Microsoft Office proqramları (xüsusilə Excel) bilmək;
  • CRM sistemlərində işləmə təcrübəsi;
  • Proqram təminatı, ERP, SaaS həlləri və inteqrasiya prinsipləri barədə ümumi biliklər;
  • Azərbaycan dili – səlis, rus və ingilis dillərini bilmək arzuolunandır;
  • Minimum 1 il B2B satış təcrübəsi (proqram təminatı və ya texnologiya sahəsində olması üstünlükdür).

Fərdi keyfiyyətlər:

  • Yaxşı ünsiyyət və təqdimat bacarığı;
  • Müştəri yönümlü düşüncə və aktiv satış bacarığı;
  • Analitik düşüncə və problemlərin həllinə yönəlmək;
  • Tapşırıqları operativ icra etmək və nəticəyə fokuslanmaq;
  • Daim öyrənməyə və texnologiya yeniliklərini izləməyə maraqlı olmaq.


Oxşar vakansiyalar